Azərbaycan Tibb Universiteti Tələbə:Əhmədzadə Aytən Qrup:121A8a Fənn: Təcili Tibb Mövzu: Komada olan xəstəyə yanaşma
Koma nədir? Koma və ya komatoz hal ( dərin yuxu) — mərkəzi sinir sisteminin proqressiv pozulması, zədələnməsi nəticəsində huşun itməsi, xarici qıcıqlara qarşı reaksiyasızlıq, get-gedə dərinləşən tənəffüs , qan dövranı və orqanizmin digər həyati vacib funksiyalarının pozulması ilə xarakterizə olunan, kəskin inkişaf edən, ölüm öncəsi geridönəbilən ağır patoloji vəziyyətdir
Koma səbəbləri: Səbəbindən asılı olmayaraq komanın inkişafının əsas mexanizmi hipoksiyadır, yəni qeyri-kafi oksigen təchizatı, onsuz beyin fəaliyyət göstərə bilməz. Buna görə də, beyin qan axınının pozulması komaya və ölümə qədər ciddi nəticələrə səbəb ola bilər.
Komanın simptomları Hər hansı bir komanın əsas əlaməti şüurun olmamasıdır, yəni xəstə xarici dünya ilə əlaqə saxlamır, stimullara cavab vermir. Koma birdən (demək olar ki, dərhal), tez (bir neçə dəqiqədən 1-3 saata qədər) və tədricən – bir neçə saat və ya hətta gün ərzində özünü göstərə bilər. Ani və sürətli inkişaf epilepsiya, hipoqlikemiya, travmatik beyin zədəsi və insult üçün xarakterikdir.
Belə hallarda xəstə qəflətən huşunu itirir , simptom kompleksi sürətlə artır: səs-küylü , xoruldayan tənəffüs və digər tənəffüs pozğunluqları , aşağı düşmə meyli ilə qan təzyiqində dalğalanmalar , ürək ritminin pozulması , çanaq orqanlarının disfunksiyası . Diabetik ketoasidotik koma, bir qayda olaraq , təzyiqin azalması , ürək döyüntüsünün sürətlənməsi və bədən istiliyinin azalması ilə müşayiət olunan tədricən inkişaf edir Huş itir T ənəffüs pozulur Qan təzyiqi dəyişir Koma
Komada olan xəstəyə yardım addımları 1. Təhlükəsizliyi təmin edin • Ətraf mühitin təhlükəsiz olduğundan əmin olun (elektrik, qaz, və s.). • Əgər təhlükəsiz şərait yaratmaq mümkün deyilsə, təcili yardım gələnə qədər xəstəni hərəkət etdirməyin. Komada olan xəstəyə ilk tibbi yardım çox önəmlidir və xəstənin həyatını xilas etmək üçün sürətli və düzgün müdaxilə tələb edir. Əsas məqsəd nəfəs yollarını açıq saxlamaq, qan dövranını dəstəkləmək və ciddi ağırlaşmaların qarşısını almaqdır.
2 . Xəstəni qiymətləndirin • Şüur vəziyyətini yoxlayın : Xəstəni səs və ya yüngül toxunuşlarla oyandırmağa çalışın . Əgər reaksiya yoxdursa , xəstə komadadır . Sinənin qalxıb-enməsini müşahidə edin və ya yanağınızı xəstənin ağzına yaxın tutaraq nəfəs səsini dinləyin . • Nəfəsi yoxlayın : Sinə hərəkətinə baxın və nəfəs səsini dinləyin . • Nəbzi yoxlayın : Boyundakı ( karotid ) və ya biləkdəki ( radiyal ) arteriyanı yoxlayın . • Nəbz və nəfəs yoxdursa , dərhal süni nəfəs və ürək masajına (CPR) başlayın .
3 . Nəfəs yollarını açın • Xəstənin başını yüngülcə geri çəkin və çənəsini qaldıraraq nəfəs yollarını açın ( baş-çənə metodu ). • Ağzında yad cisim varsa ( qusuntu , qan , yad cisim ), onu təmizləyin . •. Əgər onurğa travması ehtimalı varsa , başı tərpətmədən itələmə metodu ilə nəfəs yollarını açmağa çalışın .
4 . Süni nəfəs və ürək masajı (lazım olarsa) • Xəstə nəfəs almırsa: Süni nəfəs (CPR) başlayın. - Xəstəni sərt səthə uzatmaq • 30 dövr ürək masajı (sinəni təxminən 5 sm basaraq) və sonra 2 süni nəfəs verin. • CPR-i yalnız təlim keçmişsinizsə tətbiq edin və mümkün qədər tez təcili yardım çağırın.CPR-i təcili yardım gələnə qədər davam etdirin.
5. Xəstəni Yan Vəziyyətə Çevirin ( Stabil Yan Vəziyyət ) • Xəstə nəfəs alır, amma şüursuzdursa : • Onu stabil yan vəziyyətə çevirin ki , qusuntu və ya ağızda toplanmış maye nəfəs yollarına dolmasın. • Bunun üçün : • Üst qol və diz bükülü şəkildə xəstəni yan tərəfə çevirin . • Başını yana çevirərək ağızın açıq qalmasını təmin edin .
6. Təcili yardım çağırın • Təcili yardım xidmətinə zəng edərkən aşağıdakı məlumatları verin: • Xəstənin yaşı və cinsi. • Hadisənin səbəbi (mümkün zəhərlənmə, zərbə, diabet və ya digər tibbi hallar). • Hazırda xəstənin vəziyyəti (nəfəs alır/almaq, nəbz var/yox).
7 . Onurğa Travması Ehtimalı • Əgər komanın səbəbi qəzadan və ya yıxılmadan qaynaqlanırsa: • Xəstəni hərəkət etdirməyin. • Nəfəs yollarını açmaq üçün başı deyil, çənəni yuxarı itələyərək hərəkət edin.
Xəstəxana şəraitində koma vəziyyətində olan xəstəyə göstərilən tibbi yardım 1. Həyati funksiyaların qiymətləndirilməsi Koma halında xəstənin həyati əlamətləri dərhal qiymətləndirilir : 1.1. Tənəffüs • Spontan tənəffüs yoxdursa : Endotraxial intubasiya həyata keçirilir . Ağciyər oksigenləşməsini təmin etmək üçün mexaniki ventilyasiya istifadə olunur . • Tənəffüs dərəcəsi və ritmi : Bradipnoe ( yavaş nəfəs) və ya taxipnoe ( sürətli nəfəs) varsa , səbəblər araşdırılır ( travma , dərman təsiri , beyində təzyiq ).
1.2. Dövran • Qan təzyiqi: • Hipotoniya üçün venadaxili mayelər və vazopressorlar (məsələn, dopamin, noradrenalin). • Hipertoniya varsa, antihipertenziv preparatlar (məsələn, labetalol, nitroprussid). • Nəbz: • Bradikardiya (zəif ürək döyüntüsü) və ya taxikardiya (sürətli ürək döyüntüsü) müvafiq dərmanlarla tənzimlənir. • EKQ monitorinq: Ürək ritmi izlənir. İskemik dəyişikliklər, aritmiyalar və ya digər patologiyalar araşdırılır.
1.3. Şüur səviyyəsi • Glasgow Koma Şkalası (GCS): Göz reaksiyası, verbal cavablar və motor funksiyaları qiymətləndirilir. Ümumilikdə 3-15 bal arasında dəyərləndirilir: • 3-8 bal: Dərin koma. • 9-12 bal: Orta dərəcəli şüur pozğunluğu. • 13-15 bal: Yüngül şüur pozğunluğu.
2. Komanın səbəblərinin müəyyən edilməsi Komanın səbəbini dəqiqləşdirmək üçün laborator və instrumental müayinələr həyata keçirilir : 2.1. Laborator analizlər • Qan qlükozası : • Hipoglisemiya varsa , 50%- lik qlükoza məhlulu venadaxili verilir . • Hiperglisemiya varsa , insulin infuziyası tətbiq olunur .
3.2. Dövran dəstəyi • Venadaxili məhlullar : • Fizioloji məhlul , Ringer laktat məhlulu və ya kolloidlər ( volumen artırmaq üçün ). • Vazopressorlar : Hipotoniya hallarında istifadə olunur ( dopamin , noradrenalin).
4 . Komplikasiyaların profilaktikası və idarəsi 4.1. Trombozun qarşısının alınması • Antikoaqulyantlar (məsələn, enoxaparin). • Kompressiya corabları və ya mexaniki profilaktik cihazlar. 4.2. Dekubit yaralarının profilaktikası • Xüsusi döşəklər və xəstənin mövqeyinin mütəmadi dəyişdirilməsi. 4.3. Aspirasiya riskinin qarşısının alınması • Qidalanma nazogastrik boru vasitəsilə həyata keçirilir. • Başın yuxarı vəziyyətdə saxlanılması.
5. Davamlı Monitorinq Xəstəxana şəraitində koma vəziyyətində olan xəstə mütəmadi olaraq monitorinq edilir : • Qan təzyiqi , ürək ritmi və oksigen saturasiyası real vaxtda izlənir . • Nevroloji qiymətləndirmələr təkrarlanır .