AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİ SƏRBƏST İŞ AD VƏ SOYAD :İBADOVA NƏZRİN İXTİSAS :SOSİAL İŞ MÖVZU : SİQARETİN TÖRƏTDİYİ SOSİAL FƏSADLAR MÜƏLLİMİN ADI VƏ SOYADI : s.e.f.d ., dos . ƏSƏDOV ETİBAR FAKÜLTƏ :TARİX VƏ COĞRAFİYA QRUP :SOİ2301B FƏNN:ZƏRƏRLİ VƏRDİŞLƏRIN ALÜDƏÇİLƏRİ İLƏ SOSİAL İŞ
PLAN: Siqaret haqqında və siqaret sosial problem kimi Siqaretin insan sağlamlığına təsiri Siqaretin gənclərə və təhsilə zərəri Siqaretin ailə münasibətlərinə təsiri Siqaretin ətraf mühitə tullantı kimi təsiri
Siqaret haqqında və siqaret sosial problem kimi Siqaret, əsasən tütün bitkisindən hazırlanan və içərisində nikotin kimi asılılıq yaradan maddələr saxlayan bir məhsuldur. Adətən yandırılaraq tüstüsü udulur. Siqaretin dumannda nikotin, qətran və digər zərərli qazlar vardır. Bunlardan da çoxu zərərlidir və məlum olub ki 43 maddə xərçəngə yol açır. Siqaret dumanında ən çox rast gəlinən maddə karbon mono -oksiddir . Karbon mono -oksid xüsusilə qanda oksigen daşınmasını azaldır. Nikotin isə asılılıq yaradır. Nikotin əslində bir zəhərdir. Yüksək dozada qəbul olunduqda insanı öldürə bilər. Qan təzyiqini və ürək döyüntülərini artırır. Karbon mono -oksidlə birlikdə ürək-damar xəstəliklərinə yol açır.siqaret başda ağ ciyər xərçəngi oolmaqla ağız, dil, dodaq xərçəngi, qırtlaq xərçəngi, böyrək xərçəngi, dəri xərçəng,uşaqlığın xərçəngi və s.
Müasir dövrdə siqaret təkcə fərdi sağlamlıq problemi kimi deyil , həm də ciddi bir sosial problem kimi qiymətləndirilir . Çünki siqaretin təsiri yalnız onu istifadə edənlərlə məhdudlaşmır – bu zərərli vərdiş bütöv cəmiyyətin sağlamlığına, iqtisadiyyatına, əxlaqına və ətraf mühitinə təsir göstərir. Ona görə də siqaretlə mübarizə fərdi məsuliyyətdən çox daha artıq, sosial məsuliyyət tələb edir.
Siqaret sadəcə şəxsi seçim və ya vərdiş deyil, bütöv bir cəmiyyətin sağlamlığına və rifahına təhlükə yaradan sosial problemdir. Bu problemin həlli üçün maarifləndirmə , qanunlarla məhdudiyyətlər, ictimai qınaq və ən önəmlisi, fərdi məsuliyyət bir arada olmalıdır.
Siqaretin insan sağlamlığına təsiri XX əsrdə tütün 100 milyon insanın ölümünə səbəb olmuşdur. XXI əsrdə bu səbəbdən 1 milyard insanın ölümü gözlənilir. Tütün ağ ciyərlərdə 90 % hallarda xərçəng xəstəliyinin yaranmasının əsas səbəbkarı hesab edilir. Siqaret çəkmək xərçəng xəstəliklərinin digər formalarının yaranmasına səbəb olur. Siqaret çəkənin ürəyi çəkməyənlərə nisbətən daha tez zəifləyir. Eyni zamanda ürək-damar xəstəliklərinin inkişafı ehtimalı yüksəlir. Tütün məhsullarından istifadə edən insanın xarici görünüşündə də dəyişikliklər yaranır. Tütünçəkmə dişlərin və dırnaqların saralması, saçların tökülməsi, eləcə də qırışların əmələ gəlməsi ilə nəticələnir. Bəzən insanlar səhvən düşünürlər ki, siqaret çəkməklə bədən çəkisinə nəzarət etmək olar. Düzgün pəhriz və fiziki məşqlər siqaretdən imtina etdikdə bədən çəkisinə nəzarət etməyə imkan verir. Passiv tütünçəkmə -tütün tüstüsü ilə çirklərmiş hava ilə nəfəs almaqdır.
Hamiləlik zamanı qadının orqanizminə daxil olan yanan siqaret zərərli maddələri dərhal bətnindəki uşağa keçir. Nikotinin təsirindən dölün oksigen çatışmazlığı yaranır. Zərərli maddələr uşağın bütün orqanlarına təsir edərək onun normal inkişafına mane olur. Siqaret çəkən qadınların uşaqları az çəki ilə dünyaya gəlir, uşaqlarda əqli çatışmazlıq qeydə alınır, onlar tez-tez xəstələnir və çox vaxt uşaqlıq dövründə olurlar.
A.Hacıyev bildirdi ki, siqaret yaşından asılı olmayaraq hər bir şəxsə mənfi təsir göstərir və orqanizmdə bir çox xəstəliklər yaradır. Siqaretin yaratdığı ən ağır xəstəlikdən biri də xərçəngdir. Siqaret bədəndə 20 növdə xərçəng xəstəliyinin yaranmasında əsas rol oynayır. Ağ ciyər xərçəngi,qida borusu xərçəngi, tənəffüs üzvləri xərçəngi və s. Siqaret nikotin və menoksidkorben kimi öldürücü tərkib hissəsi ilə bədən üzvlərində, ağciyər və bağırsaqlarda ölümlə nəticələnən xərçəngyaradıcı virusların törənməsinə zəmin yaradır. Adamlar siqareti çəkməyə başlayan kimi, onun mənfi təsirlərinə məruz qalır. İnsanlar siqaretin tərkibində olan nikotinə alışırlar. Nikotin alkoqol və kokain qədər güclü təsirə malikdir. Bunun nəticəsi olaraq tütün ağ ciyərlərdə xərçəng xəstəliyinin yaranmasına zəmin yaradır.
Siqaretin gənclərə və təhsilə zərəri Təəssüf ki, siqaret çəkmək ən çox yeniyetmə və gənclər arasında yayılıb. Pis vərdiş olmasına baxmayaraq gənclərin siqaretə böyük marağı var. Onlardan bəziləri bunu günlük vərdişə çevirib, bəziləri isə müvafiq hallarda istifadə edirlər.Statistik məlumatlara görə, siqaret çəkənlərin əksəriyyəti 14-16 yaş arası orta məktəb şagirdləridir. Məktəblilər siqaret almaq üçün əsasən valideynlərindən və qohumlarından pul alırlar. Yeniyetmələrin siqaret çəkməsi əhalinin müxtəlif təbəqələrinə, təkcə imkansız ailələrin uşaqlarına deyil, həm də imkanlı və sosial müdafiə olunan yeniyetmələrə təsir göstərir. Yeniyetmələr arasında siqaret çəkmənin əsas səbəbləri bunlardır: yetkin olmaq istəyi; həmyaşıdları və yoldaşları təqlid etmək; səlahiyyət əldə etmək istəyi; böyüklərin, valideynlərin, eləcə də qohumların təqlidi; mənfi ailə mühiti; psixoloji problemlər; münasibətlər və ünsiyyət problemləri; depressiya və s.
Cəmiyyətin gələcəyi olan gəncləri siqaretdən qorumaq üçün müxtəlif sahələrdə təsirli və davamlı tədbirlər görülməlidir.İlk növbədə, maarifləndirmə işi gücləndirilməlidir . Gənclər siqaretin nə qədər zərərli olduğunu real şəkildə dərk etməlidirlər . Məktəblərdə, universitetlərdə və ictimai yerlərdə siqaretin fəsadlarını göstərən seminarlar, videolar, afişalar və sosial layihələr təşkil olunmalıdır . Gənclərə yalnız tibbi məlumatlar deyil, həm də siqaretə görə həyatını dəyişmiş insanların real hekayələri göstərilərsə, bu, daha təsirli ola bilər.
Əgər valideynlər və ətraf böyüklər siqaret çəkmirsə və sağlam həyat tərzi sürürsə, bu, gənclərə də müsbət təsir edir. Ailələr övladları ilə açıq ünsiyyət saxlamalı, onların problemlərinə biganə qalmamalı və onlara düzgün seçim etməyi öyrətməlidirlər . Bundan başqa, gənclərin boş vaxtlarını faydalı şəkildə keçirmələri üçün sosial fəaliyyətlərə cəlb olunması vacibdir. İdman, incəsənət, könüllülük və ya müxtəlif hobbilərlə məşğul olan gənclər həm özünəinam qazanır, həm də pis vərdişlərdən uzaq qalır. Onlara özlərini ifadə edə biləcəkləri , inkişaf etdirə biləcəkləri sağlam mühit təqdim olunmalıdır .
Siqaretin ailə münasibətlərinə təsiri Siqaretin sağlamlığa zərəri uzun illərdir sübut olunmuşdur . Lakin bu zərər təkcə siqaret çəkən insanla məhdudlaşmır – ailə üzvləri də həm fiziki, həm də psixoloji baxımdan bu vərdişin mənfi nəticələrini yaşayırlar. Siqaretin ailə münasibətlərinə olan təsiri çox vaxt görməzlikdən gəlinir, amma əslində bu vərdiş ailə daxilində ciddi gərginliklər və problemlər yarada bilər.Evdə siqaret çəkildikdə, uşaqlar və digər ailə üzvləri passiv şəkildə tüstüyə məruz qalırlar. Bu, xüsusilə azyaşlı uşaqlarda tənəffüs problemləri, allergiyalar və digər sağlamlıq fəsadlarına səbəb ola bilər. Ailənin sağlam mühitdə yaşaya bilməməsi həm fiziki, həm də mənəvi narahatlıq yaradır.Ailədə bir və ya bir neçə nəfərin siqaret çəkməsi tez-tez mübahisələrə səbəb olur. Siqaretdən narazı olan ailə üzvləri ilə siqaret çəkən arasında qarşılıqlı anlaşılmazlıq yaranır. Uşaqlar ata və ya ananın siqaret çəkməsindən narahat ola bilər, bu da ailə içində emosional məsafə və soyuqluq yarada bilər.
Əgər uşaqlar ailədə siqaret çəkən bir böyüyü nümunə kimi görürsə, bu vərdiş onlarda da formalaşa bilər.Valideynlərin davranışları uşaqlar üçün nümunədir və siqaret kimi zərərli vərdişlər bu nümunəni mənfi şəkildə formalaşdırır .
Siqaretin ətraf mühitə tullantı kimi təsiri Siqaret kötükləri bəlkə də şəhər küçələrində ən geniş yayılan plastik tullantıdır. Siqaret kötüklərinin ətraf mühitə, xüsusən də torpağa, bitkilərin böyüməsinə və inkişafına təsiri barədə Böyük Britaniya alimlərinin yeni tədqiqatında bəhs olunur.Statistikaya görə, dünyada il ərzində 5,6 trilyon siqaret çəkilir. Siqaret kötüklərinin üçdə ikisi – təxminən 4,5 trilyonu zibil qutularından kənara atılır.Xüsusilə yay aylarında meşələrdə və quru ot sahələrində siqaretin ehtiyatsızlıqla yerə atılması nəticəsində böyük yanğınlar baş verir. Bu yanğınlar təkcə ağacları deyil, həm də saysız-hesabsız canlıların yaşadığı təbii yaşayış mühitlərini məhv edir. Nəticədə, həm ekologiya zərər görür, həm də atmosferə zəhərli qazlar yayılır.
ƏDƏBİYYAT SİYAHISI : https://azertag.az/xeber/siqaret_kotukleri_tebieti_mehv_edir_ve_bitkilere_ziyan_vurur-1308759 https://azedu.az/news/76026/ https://saglamusaq.az/site/article/202 Asif Kengerli - Tütün çəkmə barədə hər şey