Konstitusiya və Suverenlik ilk ilə bağlı pptx

quliyevkenan1994 6 views 15 slides Oct 28, 2025
Slide 1
Slide 1 of 15
Slide 1
1
Slide 2
2
Slide 3
3
Slide 4
4
Slide 5
5
Slide 6
6
Slide 7
7
Slide 8
8
Slide 9
9
Slide 10
10
Slide 11
11
Slide 12
12
Slide 13
13
Slide 14
14
Slide 15
15

About This Presentation

2025-ci il konstitusiya və Suverenlik İli elan esilib


Slide Content

Lənkəran – Astara Reg İ onal T əhsİl İdarəsİ Azad İbrahİmov adına Şuvİ kənd tam orta ümumtəhsİl məktəbİnİn “ Konstitusiya və Suverenlik ili ’’ nə həsr olunmuş tədbiri

Azərbaycan xalqı əsrlər boyu müstəqillik və azadlıq ideyaları uğrunda mübarizə aparmışdır. Tarix boyu bir çox dövlətlər quran xalqımız XX əsrdə iki dəfə müstəqillik əldə etmişdir. Birinci dəfə 1918-ci ilin 28 mayında Azərbaycan Xalq Cühmuriyyəti dövründə , ikinci dəfə 1991-ci ildə Sovet İttifaqının tərkibindən çıxaraq əldə etdik.

1991-ci ildə əldə edilən müstəqillik xalqın tarixi iradəsini və azad yaşamaq haqqını əks etdirirdi. Bu yolun hüquqi əsaslarını isə 1995-ci ilin noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının konstitusiyası müəyyənləşdirdi. 1991-ci ildə müstəqilliyimizi bərpa edərkən , tarixi şərait belə idi . -1980-ci illərin ortalarında (1985)Mixail Qorbaçov SSRİ rəhbərliyinə gəldi.

Mixail Qorbaçov

Bu dövrdə Sovet İttifaqında başlayan siyasi və iqtisadi böhranı aradan qaldırmaq üçün gördüyü tədbirlər (sürətləndirmə , aşkarlıq və yenidənqurma) heç bir nəticə vermədi. Əksinə iqtisadi böhrandan çıxa bilməyən , Sovet İttifaqı xalqların diqqətini böhrandan yayındırmaq üçün milli zəmində qırğınlardan istifadə etdi. ( Dağlıq Qarabağ münaqişəsi)

Azərbaycanlıların 1988-91-ci illər aralığında Qərbi Azəbaycandan deportasiyasının II mərhələsi baş tutdu.(I mərhələ 1948-53).Bütün bunlar Azərbaycanda milli hərəkata təkan verdi (1988-ci il Meydan hərəkatı) Qarabağ münaqişəsi və 20 Yanvar faicəsi kimi hadisələr xalqın müstəqillik iradəsini daha da möhkəmləndirdi. 1991-ci ilin avqustun 30-da Azərbaycan Ali Soveti “ Az ə rbaycan Respublikas ı n ı n müstəqilliyini bərpa etmək haqqında bəyannamə ”- “ Azadl ıq Bəyannaməsi ” qənul etdi.1991-ci ilin oktyabrın 18-də “ Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında ” – Konstitusiya Akt ı qəbul edildi. Bu aktla Azərbaycan SSRİ-nin tərkibindən ayrıldığını və özünü AXC-nin varisi olduğunu bəyan etdi .1991-ci ilin 29 dekabr tarixində keçirilən ümumxalq referendumunda xalq müstəqilliyə yekdilliklə tərəfdar çıxdı.

1991-ci ilin sonlarından başlayaraq Azərbaycan beynəlxalq təşkilatlara üzv qəbul olundu və xarici dövlətlər tərəfindən tanındı.Müstəqil dövlətin hüquqi əsaslarını formalaşdırmaq üçün yeni konstitusiyanın qəbulu zəruri idi. Sovet dövrünə məxsus hüquqi sistem yeni reallıqlara cavab vermirdi. Bunun üçün də 1995-ci ilin iyununda Heydər Əliyevin sədrliyi ilə Konstitusiya Komissiyası yaradıldı. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi nəticəsində Azərbaycan Respublikasının ilk müstəqil konstitusiyası qəbul edildi.

Konstİtusİyamız 5 fəsİl ,158 maddədən İbarətİr . Konstİtusİyanın əsas prİnsİplərİ : Demokratik , h üquqi , və dünyəvi dövlət prinsipi Dövlət hakimiyyətinin bölünməsi İnsan hüquq və azadlıqlarının təminatı Mülkiyyətin qorunması Azad seçki hüququ və siyasi plüralizm(çoxfikirlilik) Konstitusiyaya sonradan bir neçə dəfə əlavələr və dəyişikliklər olmuşdur ( 2002 , 2009 və 2016). Konstitusiyaya dəyişikliklər yalnız referendum yolu ilə aparılır.Bu dəyişikliklər ölkənin siyasi-hüquqi inkişafına uyğun olaraq həyata keçirilmişdir

Azərbaycan Respublİkasının konstİtusİyasının II fəslİnİn 11-cİ maddəsİnİn I bəndİnə əsasən Azərbaycan Respublikasının ərazisi vahiddir , toxunulmazdır və bölünməzdir.

2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərk-silah edilərək torpaqlarımızdan çıxarılması , həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror əməliyyatına başlanıb . Cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində Azərbaycan Ordusu Azərbaycan Respublikasının suverenliyi ni tam bərpa edib . Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri , qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyaraq , döyüş mövqelərindən və hərbi postlardan çıxıblar .

Dövlət Suverenliyi Günü Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 19-da imzaladığı " Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında " sərəncamına əsasən qeyd edilir . Sərəncamda deyilir : " Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq , 2023-cü il sentyabrın 20-də Azərbaycan Respublikasının bütün ərazisində qanunun aliliyinin təmin olunduğunu və Azərbaycan Respublikasının dövlət suverenliyinin bərpa edildiyini nəzərə alaraq qərara alıram : Hər il sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd edilsin .
Tags