Nəqliyyat termininin mahiyyəti – latınca trasporto sözündən formalaşmışdır, gətirirəm, aparıram, yerini dəyişirəm mənasını ifadə edir. Başlıca mahiyyəti hər hansı bir yük və insanı- sərnişini bir yerdən digər yerə çatdırmaqdan ibarətdir. Nəqliyyat, hər hansı bir məhsul istehsal etmir, bununla belə təyinat funksiyasından asılı olaraq vətəndaşlar, cəmiyyət, bütövlükdə dövlətə isə mühüm və zəruri xidmət göstərir.
Dünya nəqliyyat sistemi mürəkkəb quruluşa və çoxlu sayda elementlərə malikdir. Bunlara ilk növbədə yüksək standartlara cavab verən nəqliyyat kommunikasiyaları, nizamlayıcı nəqliyyat heyyətləri və nəqliyyat vasitələri, yükləmə-boşaltma mərkəzləri, logistika anbarları, müştərilərə xidmət vasitələri, yükdaşıma proseslərinin idarə edilməsi qurguları və strukturları, beynəlxalq nəqliyyat potoklarının effektivli idarə edilməsi mexanizmləri, nəqliyyat vasitələrinin dünyanın istənilən yerində təhlükəsiz və maneəsiz hərəkətini təmin edə biləcək beynəlxalq qaydalar- rejimlər, etibarlı beynəlxalq hüquq bazası, mükəmməl konvensiyalar , sazişlər və s. daxildirlər.
Nəqliyyat funksiyaları: Əsas funksiyalardan biri stimullaşdırıcıdır . İqtisadi artım nəqliyyat kompleksinə investisiyalar hesabına stimullaşdırılır. Distributiv – dünya təsərrüfat sistemində əmtəə axınlarının fiziki hərəkətinin təmin edilməsi. Nəqliyyatın inteqrasiya funksiyası formalaşması vasitəsilə həyata keçirilir va hid şəbəkə nəqliyyat marşrutları.O, həm də struktur əmələ gətirən funksiyanı yerinə yetirir habelə formalaşmasında iştirak edir. Sosial funksiya - nəqliyyat əlçatanlığının dərəcəsini artırmaqla cəmiyyətin bütün üzvlərinin sosial-iqtisadi infrastruktura bərabər çıxışının təmin edilməsini təşkil edir.
Nəqliyyat ölkənin iki ayrı iqtisadi sektoru olan kənd təsərrüfatı və sənaye arasında əlaqə yaradır, ölkə iqtisadiyyatını vahid kompleks olaraq bir araya gətirir . XXI əsrin iqtisadiyyatı hər bir ölkənin dünya bazarının rəqabətə dözümlü, ixtisaslaşdırılmış məhsul istehsalını tələb edirsə, nəqliyyat sahəsində isə yüksək yük tutumuna və intensiv hərəkətə malik nəqliyyat vasitələrinin olmasını tələb edir. Bu baxımdan dünya ölkələrində nəqliyyatın bütün sahələri üzrə gedən rəqabətin əsasını qısa vaxt ərzində uzaq məsafələr qət etməklə ağır tonnajlı yüklərin daşınmasının həyata keçirilməsi təşkil edir. Dünyada nəqliyyatın inkişafı təkcə yük və sərnişin daşıma əməliyyatını yerinə yetirmir, eyni zamanda, yüz milyonlarla əhalinin nəqliyyat sahəsində işlə təmin edilməsində, quru və su hövzələrində yerləşən zəngin təbii resursların istehsal dövriyyəsinə cəlb edilməsində, əhalinin məskunlaşmasında, şəhər, qəsəbə və kəndlərin təşəkkül tapmasında, əsas sənaye və nəqliyyat qovşaqları, həmçinin limanların inkişafında vacib iqtisadi əhəmiyyət kəsb edir.
Nəqliyyat aktiv şəkildə ətraf mühitə təsir edir və bu təsir əsas etibarilə neqativ xarakter daşıyır . Belə ki , atmosferə atılan bütün istehsal fəaliyyəti tullantılarının 40%- i nəqliyyatın payına düşür və bunun da əsas hissəsi (80%) avtomobiln əqliyyatının payına düşür . Nəqliyyatın inkişaf templəri iqtisadi inkişaf templərinə uyğun olmalıdırlar . Xarici tədqiqatçıların məlumatlarına əsasən , dünyanın bir çox ölkələrində ümumi daxili məhsulun artımı nəqliyyatın əsas fondlarının dəyərinin proporsional artımı ilə müşayiət edilir . Bu yolla , ölkənin iqtisadiyyatının inkişaf səviyyəsinə uyğun olaraq , nəqliyyat sistemi nəqliyyat xidmətlərinə olan tələbatın artım tempinə uyğun olaraq dəyişilməlidir .
İqtisadiyyatın yenidən qurulduğu bir dövrdə daşımaların coğrafiyasının və həcminin çox geniş dəyişməsindən nəqliyyat növlərinin lazımi sayının və çeşidinin mövcudluğunda onların daşımalarda iştirak etmə variantları da çoxalır. Yük daşımalarının təşkilində səmərəli nəqliyyat növünün seçilməsi üçün əsas şərtlər aşağıdakılardır; İstismar xərcləri Tələb olunan əsaslı qoyuluşlar Sürət və yüklərin çatdırılma müddəti Daşımaların müntəzəmliyi İtkisiz və təhlükəsiz daşımalar Əmək məhsuldarlığı Yanacaq və materiallar Daşıma qabiliyyətinin miqdarı
Daşımaların maya dəyərinə görə müqayisə apararkən, maya dəyərinin strukturuna daxil olan xərclərin müxtəlif nəqliyyat növləri üçün olan fərqini aradan qaldırmaq lazım gəlir.Ona görə də bu göstəricidən həmişə istifadə etmək olmur.Məsələn dəmiryol nəqliyyatında daşıma ilə əlaqədar xərclər maya dəyərində nisbətən tam əks olunur.Ancaq avtomobil və çay nəqliyyat növlərində daşımaların maya dəyərinə nəqliyyat yollarının lazımi istismar səviyyəsində saxlanmasında çəkilən xərclər daxil olmur.Başqa nəqliyyat növlərindən fərqli olaraq hava nəqliyyatında daşımanın maya dəyərinə yükləmə-boşaltma işlərilə əlaqədar xərclər də daxil olur. Nəqliyyat növlərinin seçilməsi zamanı təkcə dəyər göstəricilərinin müqayisəsi ilə kifayətlənmək olmaz.Bu zaman nəqliyyata xidmət eden qulluqçuların iş şəraitini, əhalinin yaşayış şəraitini və məşğulluğunu da nəzərə almaq lazımdır.
Struktur baxımından nəqliyyat sistemini iki alt sistemdən ibarət olan sistem şəklində təsvir etmək olar : ümumi istifadədə olan nəqliyyat və ümumi istifadədə olmayan nəqliyyat.Bu zaman sistemin hər iki hissəsi dövlət , bələdiyyə və ya özəl mülkiyyət formalarına malik müəssisələr tərəfindən təmsil edilə bilərlər . Ümumi istifadədə olan nəqliyyat maddi istehsalın müstəqil sahəsi kimi çıxış edir . O, istehsal və istehlak sferaları arasında əlaqəni təmin etməklə , tədavül sferasına xidmət göstərir . Ümumi istifadədə olan nəqliyyat – mövcud qanunvericiliyə uyğun olaraq , daşımaların kim tərəfindən sifariş edilməsindən asılı olmayaraq ( dövlət müəssisəsi , ictimai təşkilat , şirkət və ya fiziki şəxs ) sərnişin və yüklərin daşınmasını həyata keçirən nəqliyyatdır . Ümumi istifadədə olan nəqliyyatdan fərqli olaraq , ümumi istifadədə olmayan nəqliyyat istehsal sahəsi daxilində məhsulların daşınmasını həyata keçirir , yəni konkret bir müəssisə , təşkilat və ya firma üçün . Onun tərəfindən yerinə yetirilən daşımalar istehsaldaxili və ya texnoloji daşımalar hesab olunurlar .
Ümumi istifadədə olan nəqliyyat Ümumi istifadədə olmayan nəqliyyat Dəmir yolu nəqliyyatı Sənaye nəqliyyatı Su nəqliyyatı Xüsusiləşdirilmiş nəqliyyat Avtomobil nəqliyyatı Hava nəqliyyatı Boru nəqliyyatı Nəqliyyat sistemi