HEYDƏR ƏLİYEV - 101
67
TÜRKMƏN DĠLĠNDƏ FONEMLƏRĠN SƏCĠYYƏVĠ XÜSUSĠYYƏTLƏRĠ
Təranə ġükürlü
*
Abstract
Characteristic features of phonemes in the Turkmen language
Turkmen language is one of the Oghuz languages with ancient traditions like Azerbaijani and
Turkic languages. The rich traditions of the ancient Oguz language are preserved in each of these
languages. However, the differentiation of these languages from the point of view of the territory, from
the point of view of facing social, political and social events, has led to the occurrence of differences in
their certain phonetic, lexical, and grammatical composition. Such differences have led to the
occurrence of unique characteristics in the norms of these languages.
Keywords: vowel, Turkmen language, norm, long vowels, phoneme.
GiriĢ: Türkmən dili Azərbaycan və türk dilləri kimi qədim ənənələrə malik Oğuz dillərindən
biridir. Qədim Oğuz dilinin zəngin ənənələri bu dillərin hər birində varisliklə saxlanılır. Ancaq bu
dillərin ərazi baxımından, sosial, siyasi-ictimai hadisələrlə üzləşməsi baxımından diferensiallaşması
onların müəyyən fonetik, leksik, qrammatik tərkibində fərqlənmələrin baş verməsinə səbəb olmuşdur.
Bu cür fərqlənmələr isə bu dillərin normalarında özünəməxsus əlamətlərin baş verməsinə gətirib
çıxarmışdır.
Elmi yenilik: Türkmən dilinin normalaşmasında xalq dilinin və xalq dili qaynaqlarından
qidalanan ədəbiyyatın mühüm rolu olmuşdur.
2000-ci ildən yeni latın əlifbası Turkmən dilinin bütün sahələrində rəsmi qaydada işlənməyə
başlamışdır.
Əsas hissə: Latın əsaslı müasir türkmən əlifbasında 30 işarə vardır: Aa, Bb, Çç, Dd, Ee, Ää, Ff,
Gg, Hh, İi, Jj, Žž, Kk, Ll, Mm, Nn, Ññ, Oo, Öö, Pp, Rr, Ss, Şş, Tt, Ww, Yy, Ýý, Üü, Zz.
Türkmən dilində Azərbaycan dilində olduğu kimi 9 sait səs vardır. a, ı, o, u, e, ə, i, ö, ü. Türkmən
dilində a saiti Azərbaycan və türk dillərində olduğu kimi intensiv işlənir: adağ, adağlamak, ağalık,
ağartmak, ağaççılık, ağarmak, ağartmak, ağırlaşmak, ağrımak və s.
Türkmən dilində ı saiti türk dilindəki kimi söz başında işlədilir: ıklamak, ınam, ınanç, ınaclık,
ısıtma, ısnat, ıssı, ızlamak, ısnısık və s.
Türkmən dilindəki sözönü ı saiti Azərbaycan dilindəki i saitinin mövqeyində işlənir. Yəni
Azərbaycan dilində türkmən dilindəkindən fərqli olaraq söz başında ı yox i işlənir: işıq, inanc, incəlik,
isitmə, isnad, isti və s.
O saiti də türkmən dilində Azərbaycan dilindəki kimi işlənir: ovsar, ovsun, oyatmak, oyun,
oynak, ovurt, otağ, oturumlu, otuz, otuzluk.
Türkmən dilindəki u saiti də işləkliyinə görə Azərbaycan və türk dillərindən fərqlənmir:
uğramak, uğur, unlamak, urmak, ulus, utanç, uvuuldamak, uçma və s.
Türkmən dilində e saiti türk dilində olduğu kimi intensivdir. Azərbaycan dilindəkindən fərqli
olaraq türkmən dilində e saitinin həm birinci, həm də ikinci hecada işlənməsinə rast gəlmək olur: eger,
eye, egsilmek, egirme, elek, ekmek, elleşmek və s. [1, s. 67]
Türkmən dilində e saiti çox vaxt Azərbaycan dilindəki ə saitinin adekvatı kimi işlənir: əgər,
əyişmək, əyirmə, ələk, əlləşmək və s.
Türkmən dilində e saiti türk dilindəki kimi intensiv olsa da bu dildə ə saitinin də norma kimi
işlənməsinə rast gəlmək olur. Göründüyü kimi, türkmən dilində genetik e saiti öz qədimliyini saxlasa
da nitq prosesi ə səsinin də inkişafına təsir etmişdir. Türkmən dilində ə səsinin işlənməsini aşağıdakı
kimi sözlərdə müşahidə etmək olur: ləll, bəşim, bəş, bəşlik, bəşinci, ər, ərlik, ədim, ədimlik, ədişmek,
ədinmek, ədik və s.
Ə səsi daha çox ərəb-fars alınmalarında işlənir: əhtimal, əhtleşmek, əlem, ətiyaç, əşgər, əşgərlik
*
AMEA İ.Nəsimi adına Dilçilik İnstitutu, aparıcı elmi işçi, filologiya üzrə fəlsəfə doktoru, dosent. Elek.poçt:
[email protected].