Ədəbiyyat N. Qreqori Mənkyu. Ekonomiksin əsasları. (Azərbaycan dilinə tərcümə, E.İbadov və.b.), Fəsil 1,2 2. İqtisadi nəzəriyyə. Mikroiqtisadiyyat 1,2. Juravlyovanın red. ilə. Tərcümə. Ə. Babayevin red.ilə. Bakı. 2010. F.1,2. 3. İqtisadi nəzəriyyə kursu. A.Sidoroviçin red.ilə. Moskva. Tərcümə. Ə.Babayevin red. ilə. Bakı, 2012. F.1.
Ədəbiyyat N. Qreqori Mənkyu. Ekonomiksin əsasları. (Azərbaycan dilinə tərcümə, E.İbadov və.b.), Fəsil 1,2 2. İqtisadi nəzəriyyə. Mikroiqtisadiyyat 1,2. Juravlyovanın red. ilə. Tərcümə. Ə. Babayevin red.ilə. Bakı. 2010. F.1,2. 3. İqtisadi nəzəriyyə kursu. A.Sidoroviçin red.ilə. Moskva. Tərcümə. Ə.Babayevin red. ilə. Bakı, 2012. F.1.
T ələbatların sonsuzluğu və resursların məhdudluğu problemi :
Qıtlıq problemi və ya resursların məhdudluğu problemi nədir ?
Bəs hansı resurslara «qıtdır» deyirik ? Təbiətdə mövcud olan istənilən resurs (ehtiyat) məhduddur. İstər istehsal üçün gərəkli olan avadanlıq və ya əmək resursları olsun, istərsədə istehlak üçün gərəkli olan geyim, ərzaq və s. resurslar olsun-birmənalı olaraq Allahın bəşər övladına bəxş etdiyi və insanların sonradan meydana gətirdiyi bütün resurslar – Məhduddur.
Mütləq məhdudluq dedikdə ; Cəmiyyətin bütün tələbatlarının eyni zamanda ödənilməsi üçün istehsal resurslarının çatışmazlığı başa düşülür . Nisbi məhdudluq dedikdə ; Hər hansı seçilmiş tələbatın ödənilməsi üçün müəyyən edilmiş resursların məhdudluğu başa düşülür.
İstisna İqtisadiyyatda istisna olaraq, məhdud olmayan resurslar anlayışı da var. Məsələn, hava. Hava məhdud deyil. Amma çörək məhduddur. Elə isə bunun səbəbi nədir ? Niyə biz havaya məhdud deyil, çörəyə isə məhdud deyirik ? Ona görə ki, aldığımız havanın qarşılığında heç bir ödəniş və ya maddi qarşılıq vermirik. Hava pulsuz olduğu üçün istədiyimiz qədər sərf edə bilərik. Çörək üçün isə bunu demək olmaz. Beləliklə, daha dəqiq desək, maddi qarşılığı olan istənilən resurs məhduddur.
Tələbatların sonsuzluğu problemi nədir ? Əgər iqtisad elminin meydana çıxmasının təməl səbəbi qıtlıq problemidirsə, qıtlıq probleminin də meydana çıxmasının təməl səbəbi tələbatların sonsuzluğudur. İqtisad elmi məhz qıt olan resursların sonsuz olan tələbatların ödənilməsi üçün kifayət etməməsi probleminin araşdırılması üçün bir elmdir.
İnsanların tələbatları sərhədsizdir, sonsuzdur. Lakin, bu tələbatların ödənilməsi üçün zəruri olan resurslar məhduddur. Beləliklə, iqtisad e lmi tələbatlar və resurslar arasında pozulmuş müvazinətin bərpa edilməsinə xidmət edən bir elm sahəsidir.
Resurların səmərəli bölüşdürülməsinə necə nail olmaq olar ? İqtisadiyyat sonsuz tələbatların tam və ya qismən ödənilməsi məqsədi ilə məhdud olan resursların paylanılması qanunauyğunluqlarını öyrənən elm sahəsidir. Hansı ki, buna resursların səmərəli bölüşdürülməsi də deyə bilərik. Resursların səmərəli bölüşdürülməsi dedikdə, resursların o əmtəə və xidmətlərin istehsalına sərf edilməsi nəzərdə tutulur ki, cəmiyyətin ona daha çox ehtiyacı var. Səmərəli bölüşdürmə tələb edir ki, əmtəə və xidmətlərin çeşidlərinin seçimi «düzgün» olsun.
Bəs bu halda effektivlik problemi nədir ? Effektivlik problemi iqtisadi səmərəliklə xarakterizə olunur. İqtisadi səmərəlilik istehsal prosesində tətbiq edilən məhdud resurs vahidinin kəmiyyəti və bu proses nəticəsində əldə edilən hər hansı məhsulun kəmiyyəti arasında əlaqəni göstərir : Alınan məhsulun miqdarı sərf edilmiş məsrəfin həcmindən çox olarsa, bu, səmərəliliyin artmasını bildirir. Alınan məhsulun miqdarı sərf edilmiş məsrəfin həcmindən az olarsa, bu, səmərəliliyin azalmasını bildirir.
Hansı əmtəə və xidmət istehsal edilməlidir ? İstehsal edilən əmtəə və xidmətin miqdarı nə qədər olmalıdır ? Mövcud şərait əmək tutumlu yoxsa kapital tutumlu istehsal üçün daha uydundur ? Resursların səmərəli bölüşdürülməsi və effektivlik probleminin həll edilməsi üçün iqtisadçılar aşağıdakı sualların cavabının doğru müəyyən edilməsini təklif edirlər : İstehsal kimlər üçün (hansı istehlakçı kütləsi üçün) həyata keçirilməlidir ? İstehsalın artırılması hansı yollarla mümkündür ?
PLAN: 1. İqtisad elminin metodu: müşahidə, nəzəriyyə və yenə də müşahidə (praktika). 2. İqtisadi təhlildə fərziyyələrin rolu. 3. İqtisadi modellər və onun əsas formaları: a) Dövri axın diaqramı; b) İstehsal imkanları həddi. 4. Mikroiqtisadi və makroiqtisadi nəzəriyyələr. 5. Pozitiv və normativ təhlil.
İQTİSADÇI BİR ALİM KİMİ
ELM İ Metod : Müşahidə , Nəzəriyyə və Yenə də Müşahidə Mürəkkəb , real dünyanın necə işlədiyini izah etmək üçün mücərrəd (abstrakt) modellərdən istifadə edir. Nəzəriyyələr irəli sürü r, b u nəzəriyyə l əri yoxlamaq üçün məlumatlar toplayır və təhlil edir Gerçəkliyi dərk etməyin yolu: canlı müşahidə → elmi abstraksiya → praktika
Elmi abstraksiya : Tədqiqat obyektindən təsadüfi, keçici olanların sərf nəzər edilməsi və tədqiqatın daimi, sabit, tipik olan, onun mahiyyətini əks etdirən hadisə və proseslər üzərində cəmləşdirilməsidir. Elmi abstraksiya iqtisadi həyat hadisələrinin təfəkkürdə ümumiləşdirilməsi və onların anlayışlar, kateqoriyalar şəklində ifafə edilməsi metodudur. Abstraksiyadan konkretliyə (praktikaya) doğru keçid, o hadisələrin mənasını açmağın mühüm üsuludur.
FƏRZİYYƏLƏRİN ROLU : İqtisadçılar fərziyyələr irəli sürürlər ki, mürəkkəb dünyanın başa dü ş ülməsini asanlaşdırsınlar. Elmi düşüncə bacarığı fərziyyələrin düzgün qəbul edilib edilməməsinə təsir göstərir . İqtisadçılar müx t əlif suallara cavab v ermək üçün müxtəlif f ərziyyələrdən istifadə edirlər.
İqtisadi Modellər İqtisadçılar dünyanı öyrənmək üçün müxtəlif modellərdən istifadə edirlər. İqtisadi model - İqtisadi reallığın sadələşdirilmiş, formal şəkildə, konkret riyazi göstəricilər, qrafiklər və s. şəkildə şərh edilməsi və araşdırılmasıdır.
İqtisadçılar iki ən sadə modeldən istifadə edirlər.
Təsvir :1 Dövr i axın diaqram ı Firmalar (Müəssisələr ) istehsal amillərini alır və istifadə edir ; Əmtəə və xidmətləri istehsal edir və satır AİLƏLƏR: istehsal amillərinin sahibi olur və satır. Əmtəə və xidmətləri alır və istifadə edir Əmtəə və xidmətlər bazarı: * Müəssisələr satır; *Ailələr alır İstehsal amilləri bazarı: *Ailələr satır; *Müəssisələr alır Gəlirlər Satılmış əmtəə və xidmətlər Alınmış əmtəə və xidmətlər Xərclər İstehsal amilləri Əmək haqları, icarə və mənfəət Gəlir Istehsal amill əri: Əmək torpaq,kapital
İstehsal Amilləri Torpaq- istehsal prosesində istifadə olunan bütün təbii resurslar başa düşülür. Əmək- əmək insanın məqsədyönlü, şüurlu ictimai fəaliyyətidir. İnsanın fiziki və əqli enerjisinin sərfidir. Kapital- bu gəlir gətirmək qabiliyyətidir, yaxud əmtəə və xidmətlərin istehsalı üçün insanların yaratdığı resurslardır. Başqa sözlə istehsal vasitələridir. Sahibkarlıq qabiliyyəti- xüsusi növ insan kapitalıdır.
İkinci Model : İstehsal İmkanları Həddi İstehsal imkanları həddi mövcud o lan istehsal amilləri və istehsal texnologiyasını istifadə edərək iqtisadiyyatın əldə edə biləcəyi istehsal miqdarlarının kombinasiyasını g ö stərir.
Alternativ dəyər –bir əşyanı əldə etmək üçün imtina olunan digər şeyin dəyəri Hər hansı bir istehsal miqdarı o vaxt səmərəli sayılır ki, qıt olan resurslardan tam istifadə olunsun İqtisadi artım — baxılan iqtisadi sistemdə əmtəə və xidmətlərin buraxılış həcminin artması İqtisadi artım — həyat səviyyəsinin yüksəldilməsinə imkan verən kəmiyyətcə çox və keyfiyyətcə yaxşı əmtəə və xidmətlərin isthsalı başa düşülür.
Mikroiqtisadi nəzəriyyə iqtisadiyyatın f ərdi sahələrini öyrənir . A i lə təsərrüfatları və müəssisələr necə qərar qəbul edir və onlar müəyyən bazarlarda necə qarşılıqlı əlaqədə o lurlar .
Ev t ə s ə rr ü fat ı - dedikdə bunlar iqtisadi vahidlər olmaqla, iqtisadiyyatın istehlak sferasında fəaliyyət göstərən bir və ya bir neçə şəxs başa düşülür.