Nəqliyyatı Avtomobil Avtomobil nəqliyyatı sərnişin və yük daşımalarını həyata keçirən maddi istehsal sahəsidir . Yük avtomobilləri müxtəlif növlərə bölünür : kuzovlu , izotermik soyuducular , qaz sisternləri və s. Avtonəqliyyat “ qapıdan qapıya ” çatdırılmanı təmin edərək rahat marşrut seçimi imkanı yaradır . Hər il avtomobil parkının sayı və daşımaların həcmi digər nəqliyyat növlərindən daha sürətlə artır .
Avtomobil nəqliyyatı ilə əlaqəli təhlükələr Avtonəqliyyat vasitələrinin istismarının artan intensivliyi və onların sayının əhəmiyyətli artması daha böyük miqyaslı mənfi təsirlərlə müşayiət olunur və müasir dövrdə ən təhlükəli nəqliyyat növünə çevrilmişdir . Avtomobilləşdirmə ilə şərtləndirilən belə amillərdən ən çoxuna yol-nəqliyyat hadisələri və onların fəsadları ( yaralanma , ölüm halları , nəqliyyat vasitəsinin zədələnməsi səbəbindən maddi ziyan , daşınan yüklərin yol və digər avadanlıqlarının dağılması , əlilliyə və müvəqqəti iş qabiliyyətinin itirilməsinə görə müavinətlərin ödənilməsi , ətraf mühitə mənfi təsir , iqtisadi vəziyyətin pisləşməsi .
sürücünün və nəqliyyat vasitələrinin saxlanılması və yoxlanılması vaxtının azaldılması
Multimodal daşımalarda marşrutun yolu (“stretch”) keçdiyi bölgədə nəqliyyat infrastrukturunun inkişafı səviyyəsi nəzərə alınır . 21 Bu, hər bir bölgə üçün ən sürətli , ən etibarlı və qənaətcil nəqliyyat növündən istifadə etməyə imkan verir , nəticədə xərcləri və daşıma vaxtı azalır . Zəruri hallarda və ya yükalanın ünvanı dəyişərsə , yükün daşınma marşrutunun tənzimlənməsi mümkündür . Multimodal daşımaların üstünlükləri
Yük sahibinin multimodal daşımalarda minimum iştirakı . Bu iştirak yalnız mallara dair sənədlərin icrası ilə məhdudlaşa bilər . Lakin , arzu olunarsa , yük sahibi marşrutun planlaşdırılmasında , nəqliyyat axtarışında və onun hazırlanmasında iştirak edə bilər . İstənilən məsafəyə və ən əlçatmaz yerlərə daşıma mümkündür
Bir şirkət bütün daşımalara cavabdehdir - bu o deməkdir ki , o, cəlb olunan bütün nəqliyyat növləri ilə yüklərin çatdırılmasına cavabdehdir . “ Qapıdan-qapıya ” çatdırılma imkanı (“door-to-door”). Çox vaxt malların uzun məsafələrə daşınması ( ixrac-idxal ) zamanı belə çatdırılma yalnız multimodal daşımalardan istifadə edildikdə mümkündür .
Beynəlxalq multimodal rabitələrin xüsusiyyətlərindən biri də dövlətlərin sərhədlərində daşımaların həyata keçirilməsinə nəzarət məntəqələrinin mövcudluğudur . Bu məntəqələr xüsusi əsasnamə əsasında açılır . Bütün ölkələr belə məntəqələr tikirlər . Bu məntəqələr sərhəd , nəqliyyat , gömrük , veterinar və fitosanitar nəzarəti , yəni sürücülərin , nəqliyyat vasitəsinin və ölkəyə gətirilən yükün yoxlanması yeridir
Yuxarıda göstərilən üstünlüklərdən başqa bu növ daşımaların catışmamazlıqlarıda var. Həmin əsas çatışmamazlıqlar aşağıdakılardır : Müxtəlif nəqliyyat növlərindən istifadə edərkən , boşaltma və yükləmə əməliyyatlarından qaçmaq mümkün deyil və bu , malların itməsi və zədələnməsi riskini artırır . Nəqliyyat növünün dəyişdirilməsi mallara nəzarəti çətinləşdirir . Yüklərin çatdırılma müddətləri artır . Xüsusilə transkontinental daşımalarda fors -major halları və risklər daha çox olur . Multimodal daşımaların çatışmazlıqları
Multimodal daşımanın bahalığ səbəbi nədir? B oşaldıb – yükləmə elementlərindəki və məsafənin uzaqlığından yaranan risklərlə əlaqədar sığorta kompaniyalarına edilən əlavə ödənişlərlə bağlıdır . Statisti kaya görə yük itkilərinin payı 5…10 % təşkil edir . Ən az yük itkisi hava nəqliyyatında , sonra dəmir yolu və avtomobil , nəhayət – su nəqliyyatı növlərindədir .
Multimodal daşıma operatorlarının dörd qrupu ayırd edilir : 1 qrup – gəmiləri istismar edən multimodal daşıma ekspeditorları . 2 qrup – gəmiləri istismar etməyən multimodal daşıma ekspeditorları ; 3 qrup – hər hansı nəqliyyat vasitəsini istismar etməyən multimodal daşıma ekspeditorları . 4 qrup – xüsusi yönəldilmiş multimodal daşıma ekspeditorları
1 qrup - Multimodal daşıma operatorları : 1 qrup – gəmiləri istismar edən multimodal daşıma ekspeditorları . Bu qrupa konteyner daşımaları ilə məşğul olan və ya əsasən inkişaf etmiş ölkələrin xarici kompaniyalarının iştirakı ilə birgə müəssisələr şəklindəki gəmiçilik kompaniyaları , xətti konfranslar və konsorsiumlar daxildirlər . Adətən , belə kompaniyalar yüklərin avtomobil , dəmir yolu və ya hava nəqliyyatı ilə daşınması üçün hərəkət tərkibinə malik olmurlar , bu nəqliyyat növlərinin istifadə edilməsini əlavə daşımaçılarla submüqavilələr bağlamaqla həyata keçirirlər ;
2 ci qrup - Multimodal daşıma operatorları 2 qrup – gəmiləri istismar etməyən multimodal daşıma ekspeditorları . Bu qrupa gəmilərə sahib olmayan , dəniz daşıması barəsində daşımaçılarla submüqavilələr bağlayan , yüklərin « qapıdan qapıya » daşınmasını təşkil edən dəmir yolu , avtomobil və aviasiya müəssisələri daxildirlər ;
3 qrup - Multimodal daşıma operatorları : 3 qrup – hər hansı nəqliyyat vasitəsini istismar etməyən multimodal daşıma ekspeditorları . Bu qrupa hər hansı nəqliyyat vasitələrinə sahib olmayan , lakin nəqliyyat müəssisələri ( məsələn , agent - ekspeditorlar , anbar , stividor , talman kompaniyaları , terminal operatorları ) ilə submüqavilələr bağlayan ekspeditorlar aiddir ;
4 qrup - Multimodal daşıma operatorları : Belə müəssisələr multimodal yük daşımaları sahəsində yalnız ekspeditor xidmətləri göstərmək məqsədilə yaradılırlar. Ekspedisiya xidmətləri bazarının inkişaf ənənəsi belə bir fikir söyləməyə imkan verir ki, gələcəkdə məhz bu operatorlar gəmi istismar edən multimodal rabitə ekspeditorlarının hökmran vəziyyəti üçün cəddi təhlükə təşkil edə bilərlər.
Yüklərin daha kiçik partiyalarla paylanması su nəqliyyatında getdikcə daha geniş yayılan «fider daşımaları» adını almışdır. «Fider daşımaları» anlayışını «kiçik partiyalı yüklərin böyük mərkəzdən müxtəlif istiqamətlərə daşınması» kimi müəyyən etmək olar. Bu daşımalar 50 – 100 konteynerdən ibarət yük partiyaları dəmir yolu və ya avtomobil nəqliyyatı ilə ölkə ərazisinə paylanır
DİQQƏTİNİZƏ GÖRƏ TƏŞƏKKÜRLƏR DİQQƏTİNİZƏ GÖRƏ TƏŞƏKKÜRLƏR