Nmu uijjnjnnkmnhgy hgdghbgg fdssfguijj r

MehribanAlzad 9 views 21 slides Apr 20, 2025
Slide 1
Slide 1 of 21
Slide 1
1
Slide 2
2
Slide 3
3
Slide 4
4
Slide 5
5
Slide 6
6
Slide 7
7
Slide 8
8
Slide 9
9
Slide 10
10
Slide 11
11
Slide 12
12
Slide 13
13
Slide 14
14
Slide 15
15
Slide 16
16
Slide 17
17
Slide 18
18
Slide 19
19
Slide 20
20
Slide 21
21

About This Presentation

Mülki müdafiə


Slide Content

Mövzu № 3: Azərbaycan Respublikası ərazisində baş verə biləcək
(ehtimal olunan) fövqəladə hadisələr.
Tədris suallar:
1.Təbii fəlakətlər, onların nəticələri, zədələnmə ocaqların xarakteristikası.
2.Respublikamız üçün səciyyəvi olan epidemiya, epizootiya və epilitoliya
mənbələri.
3.Texnoqen xarakterli qəzalar.
4.Təbii xarakterli böhranlı şəraitdə əhalinin fəaliyyəti və psixoloji dəyanəti
Təbii fəlakətlər – təbiət qüvvələrinin hərəkəti nəticəsində qəflətən baş
verən, çoxsaylı insan itkisi, böyük maddi zərər və başqa
ağır nəticələrə səbəb olan faciəli təbii təzahür və ya
proseslərdir.
Təbii fəlakətlərə zəlzələlər, vulkan püskürmələri, sellər, sürüşmələr,
uçqunlar, daşqınlar, quraqlıqlar, qasırğalar, tufanlar, qar basqınları və
uçqunları, uzun müddətli güclü yağışlar, güclü davamlı şaxtalar,
genişmiqyaslı meşə və torf yanğınları aiddir. Bura həm də 1974-ci ildə
Venesuellada keçirilən Konfransında epidemiyalar, epizootiyalar, epifitotiyalar,
meşə və kənd təsərrüfatı zərərvericilərin kütləvi yayılması da daxil edilmişdir.
Fəlakətin xarakterli xüsusiyyətləri:
təbii formada olması;
can və mal itkisinə səbəb olması;
insanlar tərəfindən fəlakətlərin qabağının ala bilməməsi.
Bəzi fəlakətlərin yer üzünün haralarında olduğu bilinmir. Məsələn; zəlzələ,
uçqun, sel, donma kimi bəzi fəlakətlərin nəticələri zəlzələdə olduğu kimi birbaşa
və dərhal ortaya çıxar, amma quraqlıqda olduğu kimi bəzilərinin nəticələri isə
uzun bir zaman sonra görülür.
1

Təbii fəlakətlər davametmə müddətinə görə təsnif olunur:
1)qəflətən baş verənlər (zəlzələlər, qasırğalar, tornadolar);
2)uzunmüddətli davam edənlər (epidemiyalar, daşqınlar, epizootiyalar və s.)
Təbii fəlakətlər yaranma səbəblərinə görə təsnif olunur:
1.Təbii amillərlə bağlı olanlar (vulkan püskürməsi, dəniz səviyyəsinin
güclü ləngəri, güclü daşqınlar, qasırğalar, güclü hərarətli hava, buzlaşma və s.).
Bunlar əsasən maddələrin sürətli yer dəyişməsi (zəlzələ və sürüşmələr),
yeraltı enerjinin üzə çıxması (vulkanlar), çaylarda, göllərdə, dənizlərdə suyun
səviyyəsinin qalxması (daşqınlar, sunamilər), qeyri-adi güclü küləyin təsiri
(qasırğa, urağan, tornadolar).
2. Antropogen (insanın fəaliyyəti nəticəsində) amillərlə bağlı olanlar (toz
burulğanları, eroziya)
Bir çox təbii fəlakətlərin yaranması isə həm təbii, həm də antropogen
amillərlə bağlı olur (yanğınlar, torpağın eroziyası, uçqunlar və s.).
Zəlzələ - yerin təkindəki potensial enerjinin qəflətən meydana çıxaraq
bütün ətraflara yayılmasıdır.
Zəlzələlər tektonik (yer qabığında əmələ gələn dəyişikliklər) və vulkanik
mənşəli ola bilər.
Zəlzələnin baş verməsi üçün ilkin şərtlərdən biri də, yerin altında süxurların
(mineral birləşməsi), dağ plitələrin hərəkətinin olması və ya okean və kontinent
platformaların toqquşması nəticəsidir. Yerin mərkəzinə tərəf irəlilədikcə
temperatur artır. Nəticədə, süxurlar nisbətən yumşaq olur və burada zəlzələnin
yaranması üçün az imkan olur. Zəlzələ ona görə də yerin üst qatlarına yaxın
zonalarda cəmləşir.
Əgər iki lay toqquşarsa, onda sıxlığı yüksək olan yüngül layı aşağıya yerin
dərinliyinə itələyir.
Vulkan püskürməsi nəticəsində də baş verən zəlzələ tektonik enerjisi
məhduddur.
Zəlzələlər yeraltı təkanlar sayəsində müşahidə olunur və təkanların sayı
cürbəcür olur. Yeraltı təkanlar zəlzələdən ən qısa məsafə qət etdiyi üçün ən güclü
dağıntı episentrdə baş verir.
2

Dərinlik xüsusiyyətinə görə zəlzələlər 4 qrupa bölünür:
•Səthi zəlzələlər (episentr 10 km-ə qədər dərinlikdə);
•Normal zəlzələlər (episentr 10-60 km dərinlikdə);
•Dərinlikli zəlzələləri (episentr 60-300 km dərinlik də);
•Çox böyük dərinlikli zəlzələlər (episentr 300-700 km dərinlikdə).
Zəlzələlər nəticəsində şəhərlər, kəndlər yerlə yeksan olur, binalar dağılır,
qurğular ciddi zədələnir, yollarda çat yaranır, insanlar cürbəcür zədələrə məruz
qalırlar.
Zəlzələlər insan fəaliyyəti nəticəsində də baş verə bilər. Məsələn, iri su
anbarlarının tikintisi zamanı su basan ərazilərdə tektonik aktivlik artır. Bu onunla
əlaqədardır ki, su anbarlarında toplanan suyun kütləsi öz çəkisi ilə süxurlarda
təzyiqi artırır, artıq su olan məsamələrdə təzyiq artır, sızan su isə süxurların
dartılma müqavimətini azaldır. Belə bir zəlzələ 11 dekabr 1967-ci ildə Koyna
bəndinin (Hindistan) ərazisində baş vermiş, 6,4 bal gücündə zəlzələ 177 nəfərin
ölməsi ilə nəticələnmişdir.
Son 500 il ərzində dünyada zəlzələlər nəticəsində 4,5 milyon insan tələf
olmuşdur. XX əsrdə bizim planetdə 80-dan artıq zəlzələ qeydə alınmışdır.
Dünyada ən çox zəlzələ baş verən yer – Çili dövlətidir.
30 sentyabr 1139-cu ildə Gəncə şəhərində baş verən 11 bal gücündə olan
zəlzələdə isə 230 min, bəzi məlumatlara görə isə 300 min insan həlak olub.
Zəlzələ zamanı Kəpəz dağı dağılaraq onun içindən keçən Axsu çayının məcrasını
bağlamış, nəticədə səkkiz göl əmələ gəlmiş, onlardan biri də “Göygöl” gölü
olmuşdur.
Zəlzələnin əsas təsir edici faktoru, ocaqdan bütün istiqamətlərə yayılan -
seysmik dalğalardır. İlk dəfə zəlzələlərin dalğavarı olmağını XVIII əsrdə
amerikalı astronom və riyaziyyat professoru D.Uintal deyib. Əgər zəlzələnin
3

ocağı dənizdə yerləşirsə hündür dalğaların – sunamilərin əmələ gəlməsinə gətirir,
o isə öz növbəsində sahilə çatır və çoxlu sayda sahilyanı ərazilərə ziyan vurur.
Amerikalı seysmoloq Ç.F.Rixter 1933–cü ildə zəlzələnin gücünü
qiymətləndirmək üçün 9 ballıq şkala tərtib etmişdir. İtalyan seysmoloqu Y.
Merkali 12 ballıq zəlzələnin ölçülmə sistemini təklif edib.
Ballar Gücü Qısa xarakteristikası
1 bal
Torpağın hiss
edilməyən
itrəyişi
Yalnız xüsusi seysmik cihazlarda qeyd edilir
2 bal Çox zəif təkanlarSeysmik cihazlarda qeyd edilir. Tam sükunətdə insanlar hiss edir
3 bal Zəif
Asqı lampalar, açıq qapılar, yüngülcə tərpənir. Əhalinin az qismi hiss
edir
4 bal Mülayim Pəncərə şüşələrinin yüngül cingiltisi, qapının cırıltısından hiss edilir
5 bal Xeyli güclü
Binalar tərpənir, mebel silkələnir, pəncərə şüşələri və divarların
malası çatlayır
6 bal Güclü
Hamı hiss edir. Bir çoxları qorxudan küçəyə çıxır. Divardan asılmış
tab- lolar, rəflər düşür, suvaqlar parçalanıb tökülür
7 bal Çox güclü
Əşyalar çox güclü şəraitdə yırğalanır, mebel yerindən tərpənir, daş
evlərin divarları zədələnir, çatlayır. Çayların sahillərində sürüşmələr
baş verir.
8 bal Dağıdıcı
Dik yamaclarda və torpaqlarda çatlar əmələ gəlir, evlər güclü
zədələnir, abidələr aşır
9 bal Dəhşətli
Daş evlər güclü zədələnir, dağılır. Köhnə taxta evlər bir qədər əyilir
10 bal Məhvedici
Torpaqda iri, enli çat əmələ gəlir, uçurumlar baş verir, daş evlər dağılır,
ağaclar yıxılır
11 bal Fəlakət
Torpağın üst qatında enli çatlar əmələ gəlir, uçurum və sürüşmələr
əmələ gəlir, daş evlər dağılır, dəmiryol reysləri əyilir və yerindən
tərpənir
12 bal Güclü fəlakət
Yer səthində böyük dəyişikliklər baş verir. Çoxlu çat, uçqunlar, sürüş-
mələr yaranır, şəlalələr, süni göllər, nohurlar əmələ gəlir. Çaylar
məcrasını dəyişir. Tikintilər təmamilə dağılır. Bitki və heyvanlar
uçqunlar zamanı məhv olur.
Sel - dağ ağacların yatağında intensiv yağışın, buz və mövsümi qar
ərimələri nəticəsində gözlənilmədən yaranan palçıqlı və daşlı-palçıqlı
axınıdır. 
Sel hadisələrinin yaranmasına əsas səbəb ərazinin fiziki-coğrafi şəraiti, o
cümlədən, iqlim, torpaq, bitki örtüyü və hidrometeoroloji proseslər təşkil edir.
4

Sellər çay suları olan və olmayan dərələrdə qəflətən yağan şiddətli yağışlar və ya
temperaturun artması ilə qısa müddətdə sürətlə əriyən qar suları hesabına
yaranır.
Sel axınları tərkibindəki maddələrinin həcminə görə 3 yerə bölünür:
sulu-daşlı sellər;
sulu-palçıqlı sellər;
daşlı-palçıqlı sellər.
Sellər növlərinə görə 2 yerə ayrılır:
-turbulentli sellər;
-strukturlu sellər.
Turbulentli sellərdə gətirmə materialları daha az olur (30-40%) və sel
axımının dağıdıcı təsirinə görə strukturlu sellərə nisbətən zəif olur.
Strukturlu sellər daşlı-palçıqlı və ya sulu-palçıqlı olmaqla 1m³ kütləsində
gətirmə materialları daha çox üstünlük təşkil edir.
Selinbaşlanması gördükdə, ərazinin hündür yerlərinə, binada olduqda isə
yuxarı mərtəbələrə, evin damına qalxmağa lazımdır .
Sellərə qarşı əsas mübarizə tədbirləri hidrotexniki qurğuların (selötürən,
selsaxlayan və s.) tikilməsi, xüsusilə meşə meliorativ işlərin yerinə yetirilməsi və
s.işlərdən ibarətdir.
Daşqın - ərazinin surətlə su qatı ilə örtülməsi və bu zaman ərazinin xeyli
hissəsini müəyyən müddətə su basmasıdır.
Səbəbi adətən, leysan yağışları və qarın surətlə əriməsidir. Belə hal su
qovşaqları, su-elektrik bəndlərinin zəlzələ, müharibə, terror və digər
səbəblərdən yarılması nəticəsində də baş verə bilər ki, bu zaman xeyli ərazi,
yaşayış məntəqələri su altında qalır.
Daşqınlar çay hövzəsinin yerləşdiyi ərazinin fiziki-coğrafi, iqlim şəraitindən
5

asılı olaraq çaylarda rejim fazasıdır və bu il ərzində əsasən yaz və payız
fəsillərində baş verir. Müstəsna hallarda ayrı-ayrı dövrlərdə də ola bilər.
Çayların suyunun artması, səviyyəsinin qalxması, yatağın tamamilə su
altında qalması, bəzən də sahilləri basması ilə səciyyələnir. Çayların illik
axımının 60- 80%-ə qədəri daşqın dövrünə düşür. Sahildən çıxan çay və ya dəniz
suyu qurunu, ətrafı basır.
Daşqın zonası - çaykənarı və ona bitişik ərazidə yerləşən və daşqın
nəticəsində su basmasına məruz qalan torpaq sahəsidir.
Daşqın zonasını müəyyən etmək üçün 50 ildən bir təkrarlanmaq ehtimalı
olan daşqın əsas götürülür. Daşqın zonalarının hüdudları, sahil mühafizə
zolaqları çayın daşqınının gücünə uyğun təyin edilir. Bu ərazilərdə təbiətdən
istifadəyə və təsərrüfat fəaliyyətinə məhdudiyyətlər və qadağalar müəyyən
edilərək, onların tətbiq edilməsi xüsusi rejimə uyğun həyata keçirilir.
Daşqın zonaları və onların mühafizə zolaqlarının hüdudlarında daşqın zonası
rejimi barədə əhali məlumatlanır və ona müvafiq olaraq hər bir zolaqda torpaqdan
istifadə üzrə tövsiyələr verilir.
Vurduğu ziyana və qurbanların sayına görə təbii fəlakətlər arasında birinci
yeri tutur. 1332-ci ildə Xuanxe çayındakı daşqın nəticəsində 7 milyon insan
həlak olub. 1887-ci ilin payızında baş verən daşqında isə 11 şəhəri və 300-dən
çox kəndi dağılan Çin, 2 milyondan çox insan da qurban verib.
İqlim dəyişiklikləri şəraitində Kür və Araz çaylarının Azərbaycandan keçən
hissəsində suyun səviyyəsinin yüksəlməsi və daşqınlar nəticəsində su
hövzələrinin mühafizə bəndlərinin dağılması ilə əlaqədar yaranmış vəziyyətdir.
Fəlakət zonasında yaranmış vəziyyət əhaliyə ziyan vurur, mümkün ekoloji
qəzalara səbəb olur. Respublikamızda aprel-may aylarında çayların daşması və
mənsəbinin dəyişməsi, böyük ərazilərin su altında qalması nəticəsində münbit
6

torpaqlara, eləcə də həmin ərazilərin flora və faunasına ziyan dəyir.
Əvvəlki dövrlərdə bir sıra dövlətlərə çayların axarını tənzimləyən
gölməçələr və su anbarları tikilirdi, bu da həqiqətən daşqınların qarşısını alırdı.
Barajlar, metal baryerlər, tənzimləyici su anbarları, çay kanallarının drenaj
qabiliyyətinin artırılması meteoroloji proqnoza əlavə olaraq, suyun daha yaxşı
idarə olunmasına imkan verdi.
Qasırğa - isti iqlim qurşağında, ani təzyiq fərqlərdən qaynaqlanan və
sürəti saatda 100-150 km-ə qədər çata bilən çox şiddətli küləklər.
Külək fərqli temperatur mərkəzləri arasında əmələ gələn hava axınıdır.
Atmosferdəki fərqli temperaturlar fərqli hava təzyiqləri əmələ gətirdiyinə
görə, hava davamlı olaraq yüksək təzyiqdən alçaq təzyiqə doğru yer dəyişir.
Təzyiq mərkəzləri, yəni atmosferdəki temperaturlar arasındakı fərq əgər çox
olarsa, hava axını, yəni külək güclü olur, bu da böyük dağıntılara səbəb olan
qasırğaları əmələ gətirir. Qasırğalar Asiyanın cənub sahillərində və Avstraliyanın
Sakit okean sahillərində Tayfun sayılır.
Tropik bir siklonun qasırğa olaraq adlanıla bilməsi üçün küləyin sürətinin
heç olmasa 117 km/saat olması lazımdır. Ümumiyyətlə, qasırğalar saatda 240
km-dən çox surətə malikdirlər. Qasırğalar həm də böyük dəniz dalğalarına və
dənizin qabarmasına da gətirib çıxarır.
Qasırğalarla birlikdə yağış da gəlir. Tropik bir külək qurşağının orta yağış
miqdarı 75-150 mm-dir. Belə yağışlar ciddi sellərin meydana gəlməsinə də səbəb
olur.
BMT-nin fəlakətlərin təhlükəsini azaltma üzrə beynəlxalq strategiya
çərçivəsində hazırladığı hesabata görə, 1970-ci ildə daha çox Banqladeşdə baş
verən "Bxola" qasırğası can alıb. Nə az, nə çox, 500 min nəfər həyatdan
məhrum olub, yüz minlərlə insan evsiz eşiksiz qalıb.
7

Torpaq sürüşməsi - ağırlıq qüvvəsinin təsiri altında torpaq kütləsinin və
təbəqəli süxur ların qopub yamac boyu sürüşərək
yerdəyişməsi.
Torpaq sürüşmələri dağ süxurları, torpaq kütlələrinin dağ yamacları,
yarğanlar, çay, göl, dənizlərin sıldırım sahilləri boyu öz ağırlığının təsiri altında
sürüşərək yerini aşağıya doğru dəyişməsidir.
Sürüşmələrin yaranmasına təbii və süni faktorlar səbəb ola bilər. Təbii
faktorlara yamaclarda sıldırımların böyüməsini, onların torpaqda olan əsasının
su kütlələri ilə yuyulmasını, seysmik təkanları, süni isə yol çəkilməsi zamanı
yamacların dağıdılması, meşələrin qırılmalsına aid etmək olar.
Sürüşmələr hadisənin miqyasına, baş vermə yerinə, sürüşmə prosesinin
gücünə, mexanizminə və aktivliyinə görə təsnif edilir.
Miqyasına görə sürüşmələr iri, orta və kiçik həcmli olur.
İri sürüşmələr adətən təbii faktorların təsirindən baş verir və yamac
boyunca 100 metrlərlə sahəni əhatə edir. Sürüşmənin cismi çox zaman öz
monolitliyini qoruyub saxlayır.
Orta və kiçik həcmli sürüşmələr isə daha kiçik ölçülərdə olur və çox zaman
antropogen faktorların təsirindən yaranır .
Sürüşmənin miqyası prosesə cəlb olunan sahə ilə xarakterizə olunur.
Miqyasına görə sürüşmələr bu cür təsnif edilir:
nəhəng - 400 ha və daha çox,
çox böyük - 200- 400 ha,
böyük - 100-200 ha,
8

orta - 50-100 ha,
kiçik - 5-50 ha,
çox kiçik - 5 ha sahəni əhatə edir.
Sürüşmə prosesinin gücünə görə torpaq sürüşmələri kiçik, orta, böyük və
çox böyük ola bilir və yerini dəyişən süxur kütlələrin həcmi ilə xarakterizə
olunur. Bu kütlələrin həcmi 100 kubmetrdən 1000000 kubmetrədək dəyişə
bilər.
Sürüşmə və sel təhlükəli zonalarda yaşayan əhali bu təbii hadisələr, onların
xarakteristikası, istiqamətləri haqqında məlumatlı olmalıdırlar. İnsanların
öncədən məlumatlandırılması hadisə baş verdikdə yarana biləcək stress
hallarının və panikanın qarşısını alır. Yaranan təhlükə haqqında məlumat
hidrometeoroloji xidmətlər və digər müvafiq qurumlar tərəfindən daxil olur.
Burada ötürülən məlumatın vaxtında təyinat yerinə çatması çox vacibdir.
Əhalinin xəbərdar edilməsi müəyyən edilmiş qaydada sirenaların, radio,
televiziyanın köməyi ilə, eyni zamanda regional xəbərdaretmə sistemləri
tərəfindən həyata keçirilir.
1911 - ci ildə Pamir dağlarında baş verən zəlzələ böyük bir sürüşməyə səbəb
oldu. Nəticədə 2.5 milyard kubmetr torpaq sahəsi sürüşdü. Usoy qışlağı əhalisi
ilə birlikdə torpaq kütləsinin altında qaldı. Sürüşmə kütlələrinin Murqab
çayının qarşısını kəsməsi nəticəsində yaxınlıqda olan Saraz qışlağı yeni
yaranmış gölün dərinliyində qaldı.
3 aprel 2010-cu il tarixdə Peruda 400 nəfərlik kəndin əhalisi torpaq
sürüşməsi nəticəsində torpağın altında qaldılar.
Yanğın - maddi nemətlərin məhv olması ilə nəticələnən, idarə oluna
bilməyən, insan həyatı üçün təhlükəli yanma prosesidir.
Yanğınların təsnifatı:
9

sənaye (zavod, fabriklərdə və anbarlarda yanğınlar );
məişət yanğınları (yaşayış binalarında və mədəniyyət obyektlərində
yanğınlar);
təbii yanğınlar (meşə, çöl, torf və landşaft yanğınları).
Məişət yanğınları - bu zaman alov yanan materialların növündən asılı
olaraq sürətlə yayılıb müxtəlif dərəcədə ziyan törədir.
Meşə yanğınları - əsasən kortəbii hadisələrlə yayılan yanğına deyilir. Meşə
yanğınları ən çox əhalinin təqsiri üzündən baş verir (meşədə tonqal qalamaq, ov
etmək, ot çalmaq). Meşə yanğını zamanı canlı və ölü örtük, töküntü, yarpaq,
budaqlar, meşə döşənəyi yanır. Meşə yanğınları meşə təsərrüfatına böyük ziyan
vurur: çoxlu oduncaq məhv olur, meşənin tərkibi pisləşir, ağacların boy artımı
zəifləyir, heyvanat aləmi məhv olur. Meşə yanğınlarına qarşı mübarizə meşə
təsərrüfatları tərəfindən yerinə yetirilir.
Meşə yanğınlarının əsas baş vermə səbəbləri:
-meşədə təhlükəsizlik tədbirləri görülmədən oçaq qalanması;
-qalan oçağı söndürülmədən tərk edilməsi;
-söndürülməmiş siqaret və ya kibriti meşəyə atılması;
-meşədə gecə gəzintisi zamanı, fakeldən istifadə edilməsi;
-şüşə qırıqlarını meşəyə tullaması- şüşə qırıntılarından çıxan şüaların meşədə
əks olunması ilə yanğın baş veir;
-uşaqların meşədə odla oynaması, əyləncə məqsədi ilə təhlükəsiz şəraitdə
oçaq qalaması.
Bioloji fövqəladə hadisələr - mənbənin əmələ gəlməsi nəticəsində
müəyyən bir ərazidə insanların normal həyat
və fəaliyyət şəraiti pozulur, infeksion
xəstəliklərin yayılması təhlükəsi əmələ gəlir,
10

kənd təsərrufatı heyvanlarının, bitkilərin məhv
olması təhlükəsi yaranır.
Epidemiya - hər hansı bir yoluxucu xəstəliyin insanların arasında ölkədə,
rayonda, kollektivdə kütləvi halda geniş yayılması və
föqəladə hadisə mənbəyi olmasıdır.
Epidemiya yerli və gətirilmə ola bilər. Epidemiya bir neçə ölkəni, qitəni və
ya bütün yer kürəsini əhatə etdikdə pandemiya adlanır.
Epidemiya ilə mübarizə aşağıdaki qaydada təşkil olunur:
infeksiyanı zərərsizləşdirmək və ya tamam məhv etmək (taun tulyaremiya
xəstəliyi zamanı gəmiriciləri qırmaq, xəstələri təcrid etmək);
xəstəlik törədiciləri yoluxma yolunda dizenseksiya və dizenfeksiya üsulları ilə
məhv etmək;
əhali arasında xəstəliyə qarşı kütləvi peyvənd etməklə immunitet yaratmaq.
İnfeksion xəstəlikləri bütün dövrlərdə çox geniş yayılması milyonlarla
insanın ölümü ilə nəticələnmiş, həm də insan ömrünün qısalmasının əsas səbəbi
olmuşdur. Keçmişdə insan ömrü 20-30 ildən artıq deyildi. Afrikanın bəzi
rayonlarında indi də 35-40 ildir. İnfeksion xəstəliklər patogen virusların,
bakteriyaların, ibtidailərin törətdiyi geniş qrupudur.
Xüsusi təhlükəli yoluxucu xəstəliklər:
vəba;
təbii çiçək;
taun;
sibir xorası (qarayara);
tulyaremiya;
tetanus;
sarı qızdırma;
11

quduzluq;
tif epidemiyası;
qızılca;
vərəm;
epidemik parotit;
«B» viruslu hepatit.
Tetanus — kəskin infeksion xəstəlikdir. Törədicisi - sinir sisteminə çox
güclü təsir edən ekzotoksin buraxan sporlu çöpdür. Ümumi və yerli tetanus
olur. Ümumi (yayılmış) tetanus ağır keçir və ölüm faizi yüksək olur (40-60%).
Vəba — ağır ümumi intoksikasiyası nazik bağırsağın zədələnməsi, su-duz
mübadiləsinin pozulması ilə gedən kəskin infeksion xəstəlikdir; çox qorxulu
infeksiyalar qrupuna aiddir. Törədicisi - vəba vibrionudur (son vaxtlar Əl-Tor
tipi).
Havanın temperaturu düşdükdə və su mənbələri donduqda belə vəba
vibrionları qışdan salamat çıxa bilir. Hərgah bir yerdə epidemiya varsa,
həkimlərimizdən tələb edirik ki, tezliklə bunun qarşısını alsınlar.
“Ebola” virusu - keçici Ebola hemorragik qızdırmasının səbəbi olan virusdur.
Virus tər, qan, tüpürcək yolu ilə yayılır. Virusun qarşısını almaq üçün heç
bir vaksin mövcud deyil. Xəstəliyin simptomları qızdırma, baş ağrısı, qusma və
ishaldır. Bəzi insanlarda göz, qulaq və burun qanaxmaları müşahidə edilir.
Virusun yayılması 2002-ci ildə qeydə alınıb ki, həmin vaxt Uqanda və
Konqoda 57 nəfər ölüb. 2007-ci ildə isə Konqoda virus 187 nəfərin həyatına son
qoyub. Virusun ən son yayılması 2014-cü ildə olub.
"Ebola" virusu Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən - bəşər
tarixinin ən qəddar virus xəstəliyi adını alıb. Bu vrusun beş müxtəlif tipi var və

ona yoluxanların həyatda qalma şansı 25%-dən 90%-dək dəyişir.
12

2019-cu ildə "Ebola" virusuna qarşı peyvənd hazırlanmışdır, lakin bir çox
ölkələrdə mövcud deyil.
Epizootiya - böyük bir ərazidə çoxsaylı kənd təsərrüfatı heyvanları
arasında yoluxucu, infeksion xəstəliklərin adi səviyyəni keçərək
yayılması.
Epizootiya heyvanların çoxalmasının qarşısını alan faktorlardan biridir.
Heyvanlar arasında bruselyoz, tuberkulyoz, qrip xəstəlikləri ən təhlükəli sayılır.
Epizotiya təsərrüfat, rayon, vilayət və ya ölkəni əhatə edə bilər.
Epizootiya törədicilərin mənbəyi, yoluxmaların eyni vaxta düşməsi,
yoluxma hallarının sayı, xəstəlik qeydə alınan təsərrüfatlar arasındakı məsafə
ilə xarakterizə edilir. Epizootiya dabaq, taun xəstəliklər zamanı baş verə bilər.
Epifitotiya - kənd təsərrüfatı bitkilərinin infeksiya xəstəliyinin geniş
yayılması və ziyanvericilərin təsirinə məruz qalmasıdır.
Taxılda pas və sürmə xəstəliyi, kartofda fitoftora xəstəliyi.
Epifitotiyanın səbəbləri epizootiyada olduğu kimidir.
Texnogen qəza - nəqliyyat, tikinti, sənaye obyektlərində və texniki
sistemlərdə baş verən, insan һəyatı və sağlamlığına
təһlükə yaradan, texnolojı proseslərin pozulmasına,
dağıntılara səbəb olan, һəmçinin ətraf müһitə ziyan
vuran təһlükəl i һadisələr başa düşülür.
Texnogen fəlakət - insan tələfatı, insanların sağlamlığının pozulması,
obyektlərin dağılması, yaxud məһv edilməsi,
һəmçinin ətraf müһitin çirkləndirilməsi ilə
nəticələnən nəһəng qəzaya deyilir.
Fəlakət – insan tələfatı ilə nəticələnən qəza halları.
13

Texnogen qəzalar obyektdə böyük həcmli qəzalardır ki, nəticədə ekoloji
dəyişikliklərə səbəb ola bilər. Bu hadisələr təsərrüfata böyük ziyan
vurmaqla yanaşı insan həyatına təhlükə yaradır. Qəza dedikdə müəyyən şərtlər
daxilində insanın həyat fəaliyyətinə zərər vura bilənhadisə və proseslər
nəzərdə tutulur.
Texnogen xarakterli fövqəladə hadisələrə aşağıdakilar aid edilir:
binaların qəflətən uçması;
radioaktiv maddələrin yayılması ilə baş verən qəzalar;
istehsalat qurğularının və ərazinin radioaktiv çirklənməsi ilə müşahidə
edilən AES qəzalar;
ərazinin radioaktiv çirklənməsi ilə müşahidə edilən mühıəndis - təcrübə
nüvə qurğularında qəzalar;
kimyəvi təhlükəli obyektlərində güclü təsirli zəhərli maddələr ətrafa
yayılması ilə baş verən qəzalar;
bakterioloji və bioloji maddələrin hazırlanması, istehsalı, saxlanılması,
daşınması ilə məşqul olan elmi - tədqiqat müəssisələrində həmin
maddələrin ətrafa yayılması ilə baş vermiş qəzalar;
su nəqliyyatında baş vermiş qəzalar;
iri miqyaslı avtomobil qəzaları (fəlakətləri);
çoxsaylı insan itkiləri ilə nəticələnən və axtarış-xilasetmə işləri tələb edən
aviasiya fəlakətləri;
çoxsaylı insan itkiləri ilə nəticələnmiş, dəmir yolu xətlərinin dağılması,
qatarların (metropoliten vaqonlarının) relslərdən çıxması, yaşayış
məntəqələrində dağıntılara səbəb olmuş qəzalar;
insan itkiləri, sahil sularının, daxili su hövzələrinin zəhərləyici maddələrlə
14

çirklənməsi ilə nəticələnən su qovşaqlarında baş vermiş qəzalar;
yaşayış məntəqələrinə yaxın ərazilərdə nəql edilən maddələrin dağılması
və ətraf mühitin çirklənməsi ilə nəticələnən kəmərlərdə baş vermiş qəzalar;
elektrik sistemlərində baş vermiş qəzalar;
təmizləyici qurğularda baş vermiş qəzalar;
hidrodinamik qəzalar;
su bəndlərinin dağılması;
yanğın təhlükəli obyektlərdə baş vermiş partlayışlar nəticəsində əmələ
gələn yanğınlar.
Azərbaycan Respublikasının ərazisində yüksək
dərəcədə texnogen təhlükələrin əsas səbəbləri:
- istehsalat sahələrihdə təhlükəsizliyin dövlət tərəfindən tənzimlənməsi
mexanizminin zəifləməsi;
- respublikada iqtisadiyyatın yenidən qurulması prosesinin uzanması
nəticəsində istehsalatın bütün sahələrində əmək və texnoloji intizamın, habelə
istehsalatda qəzaya qarşı davamlılıq tədbirlərinin zəifləməsi;
- bəzi sənaye sahələrində istehsalat vasitələrinin, xüsusən də texnoloji
avadanlıqların, nəqliyyat vasitələrinin, əsas istehsalat fondlarının yol verilməz
dərəcədə, bir sıra hallarda 90% və daha artıq aşınması;
- sənaye istehsalında təhlükəsizlik texnikasının, xammalın və hazırlanan
məhsulun keyfiyyətcə kəskin surətdə aşağı düşməsi;
- istehsalatda təhlükəli, zərərli amilləri aşkar və nəzarət edən cihazların, belə
amillərdən kollektiv və fərdi mühafizə vasitələrinin kifayət qədər hazırlanması
və onların keyfiyyətsiz olması;
- ölkədə həyat fəaliyyətinin təmin olunması sahələrində aparılan əsaslı və tətbiqi
15

tədqiqatların keyfiyyətinin aşağı olması;
- partlayış, yanğın, kimyəvi, radiasiya, bioloji təhlükəli maddələr və
texnologiyalardan i stifadə edilməsi miqyasca genişlənməsi;
- potensial təhlükəli istehsalat və obyektlərin vəziyyətinə nəzarət və
müşahidənin kifayət dərəcədə olmaması;
- qəza və fəlakətlərin aradan qaldırılması üçün lazımi həcmdə ehtiyatların
olmaması;
- FH-ın baş verməsi ehtimalı olunan zonalarda sosial problemlərin yaranması.
Avtomobil və dəmiryol qatarlarının toqquşma nəticəsində, yanğın və
partlayışlardan yaranan qəzalardan əlavə, yerüstü nəqliyyat
kommunikasiyalarında, təbii fəlakətlər və yolların nasazlığı nəticəsində yaranan
qəzalar zamanı insan tələfatı baş verir, maşınlardan axan yağlar torpağa qarışır,
ətraf mühitə zərər dəyir .
Gəmi qəzalarının səbəbləri müxtəlifdir. Gəmilər yanğın və partlayış
nəticəsində, fırtınadan, sualtı qayalara, digər maneələrə toxunmadan, yüklərin
yerdəyişməsi və aşmasından, bir- birinə toqquşmasından və digər səbəblərdən
qəzaya uğrayıb batır. Nəqliyyat vasitələri nəinki öz sərnişinləri, həm də nəqliyyat
magistralları zonasında yaşayan əhali üçün də təhlükə törədir. Belə ki, nəqliyyat
magistrallarında tezalışan və partlayış tərkibli maddələrin daşınması insanların
sağlamlığına və həyatına zərər verir.
Aviasiya daşınmalarında qəzaların əsas səbəbləri:
-hava nəqliyyatı vasitələrinin köhnəlməsi;
-aviasiya texnikası təmirinin və ona texniki xidmət kefiyyətlərinin
etibarlığının azalması;
-uçuşların yerinə yetirilməsi və təhlükəsizlik təminatı üzrə müəyyən
16

edilmiş qaydaların pozulması.
Hidrodinamik qəza – hidrotexniki qurğunun , yaxud onun bir hissəsinin
dağılması zamanı nəzarətdən çıxan su kütləsinin geniş ərazini basması
nəticəsində yaranan fövqəladə haldır. Potensial təhlükəli hidrotexniki qurğulara
su anbarı, su bəndləri, iritutumlu kanallar, su buraxıcıları və şlüzlər aiddir.
Qaz-neft boru kəmərlərində normal şəraitdə qaz qapalı sistemdə daşınır,
sistem nasazlığı nəticəsində təbii qaz sızıntılarının saxlanmasına gətirib çıxaran
sızıntılar, təbii qazın partlayıcı qaz meydana gətirmək üçün hava ilə qarışaraq
partlayıcı həddə çatması və ya nöqtəli suların yanması vəziyyətində partlayış baş
vermə səbəbləri:
1.Boru materialının qüsurları və ya qaynaq qüsurları:
Boru qüsurları boru kəmərinin gücünə, əsasən çatlara və ya qırılmaya, tikinti
keyfiyyətinə səbəb ola bilər, lakin qaynaqlanmış boru birləşmələrinin
keyfiyyətsizliyi və ya nüfuzun sonu, boru gücü kifayət deyil, təhlükəsiz istismar
tələblərini təmin edə bilməz. Meydana gələn təbii qaz sızıntısı, yanğına səbəb
oldu.
2.Boruların daxili səthinin aşınması və korroziyası:
Qum, pas kimi toz hissəciklərini ehtiva edən qaz, hava axını ilə mexaniki
çirkləri geyə bilər, boru kəmərinə zərər verə bilər, layihədə C02 ehtiva edən təbii
qaz, CO: suda həll olunan turşu qazı H əmələ gətirir: CO metal üzərində
müəyyən aşındırıcılar var.Suyun şeh nöqtəsi uğursuzluq və ya təzyiq testi
ərsinləmə borusunu tam qurutmadıqda yaddaş suyu korroziya daxilində əmələ
gəlir, korroziya boru kəmərinə ciddi ziyan vurur, qəzaya səbəb olur.
3.Borunun xarici səthinin korroziyaya uğraması:
Çünki boru kəmərinin xarici örtüyünün daşınmasında, tikintisində ziyan var.
Vaxtında təmir edilmədən və ya korroziyaya qarşı ehtiyacları ödəyə bilmədikdə,
17

boru kəmərinin katodik qorunma sisteminin sıradan çıxması, boruların bitki
kökləri ətrafına güclü korroziyalı torpaq döşənməsi korroziyaya qarşı qəzalara
səbəb olur. Qaz kəmərinin yaxınlığında paralel elektrik xətləri, elektrik dəmir
yolu, neft kəməri və qaz kəmərləri paralel və ya dəyişən paylayıcı qurğular, sızan
cərəyanın yaxınlığında basdırılmış asan qaz kəməri boru kəmərinin korroziya
təhlükəsini artırır, nəticədə sızma, yanğın, partlayış və digər qəzalar baş verir.
4.Stress krekinq.
Boru istehsalı prosesində qalıq gərginliklərin olması, boru kəmərinin
tikintisinin temperaturu ilə iş temperaturu arasında temperatur fərqinin olması,
boru kəməri boyunca istilik gərginliyinin eksenel istiqamətdə əmələ gəlməsinə
səbəb olur, borunun qopmasına səbəb ola bilər.
5.Boru kəməri istismara verilməsi.
Boru kəməri istismara verildikdə ərsinləmə hərtərəfli qurudulmaması,
boruda qalan təmiz su boru kəmərinin korroziyasını sürətləndirəcək, boru
kəmərinin qalıqları klapanların, avadanlıqların aşınmasını və korroziya
məhsullarını sürətləndirəcək, sızma təhlükəsini artıracaq.
Qaz-neft boru kəmərlərində yanğınların qarşısının
alınması və söndürülmə tədbirləri
alovlanma mənbələrinə nəzarət etmək və aradan qaldırmaq;
avadanlığın keyfiyyətinə ciddi şəkildə nəzarət etmək, ixtisaslı çox narahat
edən, separator, axın, təzyiq, temperatur cihazlarının seçilməsi;
boru kəmərinin istismara verilməsindən əvvəl tələb olunan təzyiq sınağı;
avadanlığın, cihazların müntəzəm yoxlanılması və texniki xidmət
göstərilməsi;
stansiyada yanğına qarşı qadağa sahəsi qurmaq üçün iş yerinə təhlükə
18

nişanları vurulur;
qayda və qaydaların və təhlükəsizlik prosedurlarının inkişafı, qəzaların
qarşısını almaq üçün ciddi intizam prosesi Təbii qaz sızmasına səbəb olan
əməliyyat;
yoxlama turlarına riayət edin, problemləri müəyyənləşdirin və vaxtında
müalicə edin:
bərk tullantılardan əvvəl təmiz inyeksiya suyunun təmizlənməsi, dəmirin
tərkibinə nəzarət etmək üçün müntəzəm olaraq təmizlənməlidir.
Fövqəladə hallar, mənşəyindən asılı olmayaraq, insanların psixo- emosional
stressə səbəb olur. Əsas xüsusiyyətləri:
bu ekstremal vəziyyətdir, onun təsir gücü insanın imkanlarından kənara
çıxır;
insan tərəfindən həmin vəziyyət çətin və təhlükəli kimi qəbul edilir;
hadisə subyektin gərgin- psixi vəziyyətinə səbəb olur;
fövqəladə hadisə dinamik vəziyyətə gətirib çıxarır, orqanizmin resurslarının
maksimum səfərbər edilməsi tələb edir;
hadisə mənfi funksional vəziyyətlərə, fəaliyyətin zehni tənzimlənməsinin
pozuntularına səbəb olur;
insan öz istəklərini, dəyərlərini və maraqlarını həyata keçirməyini
mümkünsüzlüyü ilə üzləşir.
Ekstremal şəraitdə insanın psixoloji vəziyyəti bir sıra mərhələlərdən keçir,
baxmayaraq ki, fövqəladə hadisəyə hər bir insanın reaksiyaları fərqli ola bilər.
“Kəskin emosional şok”, baş verən hadisələr ümidsizlik və qorxu
hisslərinin üstünlük təşkil etdiyi ümumi psixi gərginlik ilə xarakterizə olunur.
"Psixofizioloji vəziyyət", yəni insan hallının əhəmiyyətli dərəcədə
19

pisləşməsi, çaşqınlıq hissi, çaxnaşma reaksiyaları, davranma normaları azalması,
fəaliyyətin səmərəliliyi səviyyəsinin azalması və bunun üçün depressiya
düşməsi..
“Həll mərhələsi” - əhval-ruhiyyə tədricən sabitləşir, lakin azalmış
emosional vəziyyət və başqaları ilə münasibətlər məhdud olaraq qalır.
"Bərpa olma" - bu mərhələdə şəxsiyyətlər arası ünsiyyət aktivləşir, insanın
psixofizioloji və psixoemosional funksiyaları müəyyən dərəcədə bərpa olunur.
İnsanların ekstremal şəraitdə davranışları iki kateqoriyaya bölünür:
-zehni özünə nəzarət və öz davranışını idarə etmək bacarığı;
-davranış patoloji xarakter daşıyır, insanlar çaşqın və təşəbbüsdən məhrum
olur, bir qrup insanlar təlaş (panika) vəziyyətinə düşürər.
Əhalinin fövqəladə hadisənin öhdəsindən gəlmək qabiliyyəti üç
komponentdən ibarətdir:
fizioloji sabitliyə görə (sinir sisteminin vəziyyəti, sağlamlıq);
psixiki sabitliyə görə (ekstremal vəziyyətdə hərəkət etmək üçün xüsusi
bacarıqlar, müsbət motivasiyanın olması və s.);
psixoloji hazırlığına görə (fəal vəziyyət, qarşıdakı hərəkətlərə bütün qüvvə və
imkanların səfərbər edilməsi).
Fövqəladə hallarda insanların vəziyyətini aktiv etmək üçün aşağıdakilar
olunmalıdır:
- psixi zədə almış insan fiziki əməyi ilə qrup halında məşğul olarsa, daha
tez sağalır;
- əhalini fövqəladə hallarda hərəkətə hazırlamaq, iradə tərbiyə etmək.
İnsanların psixoloji hazır olması fövqəladə hallara, onların nəticələrinə
effektiv reaksiyası və hərəkəti ən mühüm amillərdən biridir. Ən kiçik çaşqınlıq
və qorxuluq, xüsusən də qəza və ya fəlakətin əvvəlində ciddi və bəzən də
20

düzəlməz nəticələrə gətirib çıxara bilər.
21
Tags