OKTYABR / / 20 / / BURAXILIŞ № 002
ŞAMAXI ASAN
KÖNÜLLÜLƏRİ
QEYDİYYAT
QƏZETİN SONUNCU SƏHİFƏSİ
MEHRİBAN ƏLİYEVA
15.10.2020
Şamaxı regional "ASAN xidmət" mərkəzində könüllü kimi çalışmaq
istəyən gənclər aşağıdakı linkə daxil olaraq qeydiyyatdan keçə
bilərlər: http://konullu.asanschool.az/
Linkə daxil olduqdan sonra "Qeydiyyatdan keç" bölməsini klikləyərək
"Master 1" könüllülük pilləsi üzrə ərizənizi doldura bilərsiniz.
Suallarınız yaranarsa
[email protected] yardımçı mail
adresinə yaza və ya bu postun rəy bölməsinə bildirə bilərsiniz.
AİLƏMİZİN BİR ÜZVÜ OL
Bu il "Könüllülər ili”dir. Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev 2020-ci ilin ölkəmizdə "Könüllülər ili” elan edilməsi
haqqında 30 dekabr 2019-cu il tarixli sərəncam imzalayıb. Əsrlər
boyu xeyirxahlığı, fədakarlığı, başqalarına könüllü və təmənnasız
kömək ənənələrini yaşatmağı özünə borc bilən xalqımız üçün
belə bir ilin əhəmiyyəti sərəncamın məzmununda dolğun şəkildə
əksini tapıb.
Könüllülük hərəkatının getdikcə daha geniş vüsət aldığı müasir
dünyamızda bu prosesin dövlət səviyyəsində dəstəklənməsi
əhəmiyyətli dərəcədə vacibdir. Hazırda bu işə daha çox insan
qoşulur. Hərəkat ümumilikdə dünyanın inkişafına başqa
həmfikirləri ilə birgə töhfə verməyə çalışan gənclərin öz nəcib
məqsədlərinə çatmasına böyük kömək göstərir. Könüllülük
insanları vahid niyyət ətrafında birləşdirir, vətəndaş, cəmiyyət və
dövlətin birgə fəaliyyətinin ən uğurlu formatı kimi zaman keçdikcə
özünü doğruldur.
SƏHİFƏ 4