Gəncə Dövlət Universitetinin Ümumi pedaqogika kafedrasının baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Lamiə Nizami qızı Nağıyevanın Magistratura şöbəsinin Sosial pedaqogika ixtisası I kurs tələbələrinə “ Zərərli vərdişlər aludəçisi olan uşaqlara sosial-pedaqoji dəstək” mövzusunda keçəcəyi açıq dərsin İ C M A L I
Plan: Zərərli vərdişlər (tütün məhsullarına, spirtli içkilərə, narkotikə aludəçilik). Narkotik maddələrə marağın səbəbləri . Övladlarımızı narkotik maddələrdən necə qoruyaq? Respublikanın bölgələrində HİV/AİDS-ə qarşı mübarizə. Zərərli vərdişlərə malik uşaqların tərbiyəsi. Düzgün qidalanmaq – sağlam həyat tərzinin əsas elementidir.
Ədəbiyyat: 1. Abdulov R. Məktəbdə sosial-pedaqoji işin əsasları. Bakı, 2005. 2. Abdulov R. Sənin sosial fəallığın. Bakı, 2002 3. Abbasova Q., Mahmudova R., Əlizadə H., Təhsilin sosial-pedaqoji məsələləri. Bakı, 2008. 4. Azərbaycan Respublikası Konstitusiyası. Bakı: Qanun, 2004. 5. Azərbaycan Respublikasının Təhsil sahəsində islahat proqramı. Bakı, 1999. 6. Azərbaycan Respublikasının Təhsil haqqında qanunu. Bakı, 2009. 7. Ağayev Ə., və b., Sosial Pedaqogika. B, 2008. 8. Əlizadə H., Mahmudova R. Sosial pedaqogika. Dərslik. Bakı, 2013 9. Əlizadə Ə., Abbasov A. Ailə həyatının etika və psixologiyası. Bakı, 1988. 10. Abbasov A. Milli əxlaq və ailə etikası. Bakı, 2009 11. Arzu Nağıyev. Qara kabus. Bakı, 2010 12. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında: Azərbaycan Respublikasının Qanunu, 28 iyun 2005-ci il [Mətn] //Narkotik vasitələr, psixotrop maddələr və prekursorlar: (Sənədlər toplusu).- Bakı, 2006.- S.7
Bizim gələcəyimiz gənclərə məxsusdur . Biz bu gün yaşayırıq . Bu gün dövləti , milləti idarə edirik , amma sabahı düşünməliyik . Gələcək üçün biz sağlam gənclik hazırlamalıyıq . Fiziki cəhətdən sağlam, mənəvi , əqli cəhətdən sağlam, düşüncəli gənclər hazırlamalıyıq . İdman və sağlam həyat tərzi gəncləri narkotiklərdən , spirtli içkilərdən istifadə etməkdən çəkindirəcəkdir . Lazımdır ki, gənclər , fiziki cəhətdən sağlam olsunlar . Heydər Əliyev
Bugünkü gənclər – müstəqillik dövründə böyümüş , tərbiyə almış gənclər bizim üçün qürur mənbəyidir ... Doğrudan da bizim gələcəyimiz etibarlı əllərdədir . Azərbaycanın gələcək inkişafı gənclərin əlində olmalıdır. Gənclər bilikli , savadlı , peşəkar və vətənpərvər olmalıdırlar. İlham Əliyev
Uşaqlarınızı tərbiyə etmək üçün əziyyət çəkməyin. Özünüzü tərbiyə edin! Çünki siz necə olsaz onlar da sizin kimi olacaqlar!!! Sokrat
Zərərli vərdişlər:
Müasir dövrdə cəmiyyəti narahat edən və aktuallığı ilə diqqəti çəkən problemlərdən biri də insanların sağlamlığında silinməz izlər qoyan , vaxtsız ölüm, ruhi və xəstəliklər yaradan, doğulan bir çox uşaqların xəstəliklərinin səbəblərini təşkil edən narkomaniya , alkoqolizm və toksikomaniyadır . Xüsusilə böhran yaş dövründə olan uşaqların bu tipli zərərli maddələrdən istifadəsi onların həyatını puç edərək psixi və fiziki asılılıq vəziyyətini yaradır. Ona görə də , hazırda yeniyetmələrin böhran yaş dövründə tez-tez rast gəlinən psixi və davranış pozuntuları , onların psixokorreksiyası , psixoprofilaktikası məsələsi xüsusi əhəmiyyət kəsb edir .
Gənclərin zərərli maddələrin başlama səbəbləri : Ailə ilə əlaqədar səbəblər : Valideynlərin dəstəyinin az olması ; Valideynlərlə uşaq lar arasında ünsiyyətin zəif olması ; A ilə nizam- intizamı n olmaması; Müvəffəqiyyətin rəğbətləndirilməməsi günahkarlıq hissinin oyandır ılması nın tə rbiyə metodu olaraq istifadə edilməsi ; Uşağın məktəbdən sonra tək qalması ; Valideynlərin uşaqların yanında zərərli vərdişlərdən istifadə etməsi və uşaqların istifadəsinə icazə veri məsi.
Siqaretin insan orqanizminə zərərli təsiri 2.Mərkəzi sinir sistemini iflic edir 3.Ağciyər xərçənginə səbəb olur 1.Qan-damar sistemində trombların yaranmasına səbəb olur
Xəstə ağciyər Sağlam ağciyər
Siqaretin fəsadı
Sosial s əbəblər : - Miqrasiya və işsizlik kimi həyat stressi ; - Zərərli vərdişlərdən istifadə edən qrup içində olmaq ; - Təhsil müvəffəqiyyətinin aşağı olması ; - Sosial - i qtisadi səviyyə nin aşağı olması ; - Cinsi və ya fiziki təcavüz yaşamaq .
Bütün qüsurların anası
UŞAQ ALKOQALİZMİ
Alkoqalizmin bəlası
1.Mədədə xora və qastrit kimi yaralara səbəb olur 2. 40-dan çox funksiya yerinə yetirən qaraciyəri zədələyir və sirroza səbəb olur 3.Sinir sistemi zədələnir ki, bu da beyin kütlüyünə səbəb olur
Narkomaniya “A ğ ölüm”-dür.
Yeniyetmələri narkotik, yaxud toksiki maddələr qəbul etməyə sövq edən səbəblər : maraq ; həmyaşıdlarının dilə tutmaları; narkotik maddələrin zərərli nəticələrini başa düşməmək ; kimisə təqlid etmə ; həzz almaq cəhdi ; asudə vaxtdan səmərəli istifadə edə bilməmək ; yalan romantika , “ sirli ” bir şeyə qoşulmaq istəyi ; sağlam maraqların və həyat məqsədinin olmaması; gündəlik problemlərdən uzaqlaşmaq istəyi ; valideynlərin məşğul olması və nəticədə uşaqlara az diqqət yetirilməsi .
Ümumilikdə , yeniyetmələr üçün təqdim ed ilən psixoloji işin məqsədi çoxşaxəli olub , aşağıdakılardan ibarətdir : narkomanlığa və digər zərərli vərdişlərə aludə olmamış, lakin belə ehtimalı olan yeniyetmələrin risk qruplarını üzə çıxarma q ; ailələrin sosial - iqtisadi vəziyyətinin aşağı düşməsi nəticəsində yeniyetmələrdə aqressiv davranışın artması, cinsi tərbiyə işinin lazımi səviyyədə aparılmaması , son zamanların bəlasına çevrilən QİÇS xəstəliyi haqda informasiyanın məhdudluğu ilə əlaqədar treninq zamanı bu problemin işıqlandırılması vacibdir . elmi cəhətdən əsaslandırılmış , praktikada özünü doğruldan qabaqlayıcı tədbirlərlə yeniyetmələri bu işdən cəkindirmək ; təhrikedici vəziyyətlərə , stresə , əlacsız vəziyyətə düşən , münaqişəli situasiyada yaşayan, həmyaşıdlarının təsirinə məruz qalan yeniyetmələrdə sui - qəsd hallarının artması ilə əlaqədar profilaktik işin ön plana keçməsinə tələbatın artmasını göstərmək .
Yeniyetmələrlə iş zamanı alkoqol , marixuana , inqalyantlar , sakitləşdirici maddələrə diqqət etmək məsləhətdir
İş zamanı bu maddələr haqqında informasiya yeniyetməni qorxutma , mühafizə və ya hər hansı statistik rəqəmləri göstərmək kimi verilməməlidir . Sadəcə olaraq , narkotikin orqanizmə , mənfi təsiri , şüurun dəyişməsi , insanlar arasında qarşılıqlı münasibətlərin pozulması və ümumi həyat şəraitinə pis təsiri kimi göstərilməlidir
Zərərli maddələrə alüdəçiliyə qarşı profilaktik proqram hazırlanmalıdır və burada işlədilən materiallara aşağıdakılar aid edilməlidir Bu maddələrdən istifadənin əleyhinə əhval - ruhiyyəni gücləndirmək məqsədi daşıyan aydın məlumatlar . Onlardan istifadə edənlərin aqibəti haqqında aydın məlumat . Narkotik maddə və tütünün vərdiş yaratmasını əks etdirən informasiya . Reklamçıların öz məhsullarını satmaq üçün insanlara təsir etmək məqsədilə istifadə etdikləri üsullar haqqında əhalinin maarifləndirilməsi . Müasir və elmi cəhətdən əsaslandırılmış məlumat . Yeniyetmələrin yaşına, maraqlarına və ehtiyaclarına uyğun informasiya . Profilaktika məqsədilə məlumatlar yeniyetmələrə aludəçilikdən əvvəl təqdim edilməli və öyrədilməlidir . Verilən məlumatlar müəyyən ənənələri əks etdirməlidir .
İlk növbədə yeniyetmələrlə işləməyi bacarmaq lazımdır. Yeniyetmələrlə bağlı aparılan bu işin məqsədi onun fəaliyyət istiqamətlərini müəyyən etməkdir . Bura daxildir : Spirtli içkilərdən , narkotiklərdən və digər bihuşedici maddələrdən istifadədən irəli gələn zərərin gigiyenik və əxlaqi aspektlərinin yeniyetmələrə nümayişi və açıqlanması . İçki içməmək vərdişlərinin hazırlanması və möhkəmləndirilməsi . Yuxarıda qeyd edilən maddələrin qəbulu vərdişinin yaranma səbəblərinin aydınlaşdırılması , alkoqolizm , narkomaniya və toksikomaniyanın bir xəstəlik kimi mahiyyətinin , onların meydana gəlməsinin açılması.
Zərərli vərdişləri olan gənclər haqqında alınacaq tədbirlər : Bu maddələri istifadə zamanı ortaya çıxan fiziki və psixoloji problemləri müalicə etmək ; Uşaqları n və g ə çl ə rin , məktəbdən və ailədən qaçaraq küçədə yaşamağa və ya bu maddələri istifadə etmələrinə səbəb olan ailədəki psixo-sosial problemlərin həllində köməkçi olmaq məqsədi ilə ailə terapiyası etmək ; Efir və narkotik maddələri istifadə g ən çl ə rin və uşaqların ailələrinə sosial-iqtisadi yardımların edilməsi ; Cəmiyyəti , xüsusilə də risk qruplarının içində iştirak edən ailələri , üçüncü və digər narkotik maddələr mövzusunda işıqlandırmaq ; Məktəblərin dərs proqramlarında bu mövzulara yer vermək ; Mətbuat və nəşr orqanlarında cəmiyyəti işıqlandıracaq nəşrlərin artırılması ; Uşaq və gənclərin boş zamanlarını faydalı bir şəkildə keçirmələri üçün mədəni və müsbət fəaliyyətlərdə iştirakı üçün mühitin yaradılması ; Efir maddələrin in satışına bəzi məhdudiyyətlərin gətirilməsi , narkotik maddələrin istehsalı və satışının qarşısının alınması üçün təsirli tədbirlər görülməsi;
Şəkərli diabet Yoluxucu xəstəliklər (QİÇS, hepatit) Sinir sistemi xəstəlikləri
« HİV/ QİÇS yalnız tibbi problem deyil , həm də sosial problemdir ».
HİV/QİÇS müasir dünyanın ən qlobal problemlərindən biri olaraq qalmaqdadır . Ona görə də dünya bu dəhşətli bəlanın qarşısını almaq üçün bütün mümkün variantlardan istifadə edir . Bu xəstəlik bəşəriyyətə 1981-ci ildən məlum olub . Və artıq 36 ildir ki , HİV/QİÇS bütün dünyada pandemiya halını alıb . Hal- hazırda dünyada 40 milyondan çox HİV-ə yoluxmuş və ya QİÇS- lə xəstələnmiş insan yaşayır . Aşkar olunduğu 1981-ci ildən bu günədək bu xəstəlik 25 milyon insanın həyatına son qoymuş və 14 milyon uşağı yetim qoymuşdur . Yalnız 2007-ci ildə 2, 5 milyon insanın HİV-ə yoluxma halı aşkarlanıb , 2,1 milyon insan isə QİÇS- dən vəfat edib . 2008-2009-cu illər üçün dünya üzrə statistik rəqəmləri isə Ümumdünya Səhiyyə Təşkilatı hələ çap etməyib . Avropa Birliyinə daxil olan 53 ölkədən 52-də bu virus aşkarlanıb .
QİÇS xəstəliyinə yoluxma əsasən 3 yolla baş verə bilir . Cinsi yolla . Damardaxili inyeksiyalar yolu ilə – narkomanlar tərəfindən narkotik maddələrin damardaxili qəbulu zamanı ; içərisində virus olan qan ın və ya qan preparatlarının sağlam adama köçürülməsi zamanı ; virusla infeksiyalaşmış iynə ilə sağlam adama damardaxili inyeksiyalar zamanı və s. Transplasentar yolla – xəstəliyin xəstə anadan bətndaxili dövrdə cift vasitəsilə dölə keçməsi . Xəstə anadan uşağa bu xəstəlik laktasiya yolu ilə də keçir .
HIV sağlam dəridən keçməz . Bundan əlavə , HIV/QİÇS bu yollarla da keçməz : Əl sıxma , dəriyə toxunma , oxşama , qucaqlama , Tüpürcək , göz yaşı , tər , asqırıq , öskürək . Yeməklər , içkilər , çəngəl , qaşıq , stəkan və s. Tualet , duş , üzmə hovuzu , dəniz , hamam və s. Ağcaqanad və digər böcəkl ərin sancması , HIV pozitiv şəxs ilə eyni mühitdə pişik , it və digər heyvanlarla birlikdə yaşamaq .
Sağlam həyat tərzinin formalaşmasında insanın sağlamlığına müsbət təsir edən amillərin , xüsusilə , gündəlik iş rejiminin , səmərəli qidalanmanın , idmanla məşğul olmağın , ətrafda olan həmyaşıdları ilə xoş və qarşılıqlı ünsiyyətin böyük təsiri vardır .